Yuxarı

Bakıda mənzildən qadın meyiti çıxarıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda mənzildən qadın meyiti çıxarıldı - Foto

Bu gün günorta saatlarında Bakının Sabunçu rayonunda Bakı sakini mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Report.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1939-cu il təvəllüdlü Talıbova Svetlana Əbdül qızının mənzilin giriş qapısının dəfələrlə döyülməsinə və uzun müddətli telefon zənglərinə reaksiya verməməsi yaxınlarının narahatlığına səbəb olub və onlar hər hansı bir bədbəxt hadisənin baş verdiyini ehtimal edərək kömək üçün 112 xidmətinə müraciət ediblər.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə 5 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilə pəncərənin dəmir barmaqlıqlarını xüsusi alət və avadanlıqlarla kəsərək daxil olublar.

Xilasedicilər mənzilə baxış keçirərkən vətəndaşı huşsuz vəziyyətdə aşkar edərək hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı S.Talıbovanın vəfat etdiyi müəyyən edilib. Xilasedicilər vətəndaşın cəsədini hadisə yerində olan hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilməsini təmin ediblər.

Əməliyyatın sonunda xilasedicilər Sabunçu rayonu 13-cü Polis Bölməsinin əməkdaşı, polis kapitan Rəşad Süleymanovun iştirakı ilə müvafiq akt tərtib edərək əməliyyat barədə 112 Xidmətinə məlumat verib və xidməti yerlərinə qayıdıblar.

Tarix
2015.02.03 / 23:21
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Cəmil Əliyevlə bağlı sərəncam

Arakçı təşəkkür etmişdi: Bayramov cavab verdi...

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Arakçı Azərbaycana belə təşəkkür etdi

Daha bir ölkə F-35-ə “əlvida” deyir - Türkiyə kimi...

Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişir

Şimali Kiprin baş naziri Bakıya gəlir

Uitkoff mühüm forumda İlham Əliyevdən danışdı - Video

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla