Yuxarı

NK-da struktur dəyişikliyi: yeni şöbələr yaradıldı - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
NK-da struktur dəyişikliyi: yeni şöbələr yaradıldı - Siyahı

17:32

Nazirlər Kabinetində struktur dəyişikliyi olub.

Axar.az xəbər verir ki, Kabinetin Aparatının yeni strukturu təsdiqlənib.

Yeni struktur aşağıdakı kimidir:

Azərbaycan Respublikası Baş Nazirin Katibliyi

Azərbaycan Respublikası Baş Nazirin birinci müavininin xidməti

Azərbaycan Respublikası Baş Nazirin müavinlərinin xidmətləri

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbərinin xidməti

İqtisadiyyat şöbəsi

Xarici iqtisadi əlaqələr şöbəsi

Beynəlxalq əməkdaşlıq şöbəsi

Hüquq və qanunvericilik şöbəsi

Sosial məsələlər şöbəsi

Humanitar məsələlər şöbəsi

Sənaye və energetika şöbəsi

Aqrar və ekologiya şöbəsi

Regionların inkişafı şöbəsi

Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsi

Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsi

Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi

Ümumi şöbə

Mətbuat xidməti

İşlər İdarəsi

***

Nazirlər Kabinetində yeni yaradılan şöbələrin adları açıqlanıb.

Dəyişikliklərdən sonra NK-da baş nazirin I müavinin xidməti, Baş nazirin müavinlərinin xidmətləri, Aparat rəhbərinin xidməti yaradılıb.

Bundan başqa, iqtisadiyyat, xarici iqtisadi əlaqələr, beynəlxalq əməkdaşlıq şöbələri təsis olunub.

Hüquq şöbəsi ləğv edilərək onun yerində Hüquq və qanunvericilik şöbəsi təsis edilib. Həmçinin Humanitar və Sosial məsələlər şöbəsi iki ayrı şöbəyə ayrılaraq onun yerində Sosial məsələlər və humanitar məsələlər şöbələri yaradılıb.

NK-nın beynəlxalq əlaqələr şöbəsinin adı dəyişdirilərək beynəlxalq əməkdaşlıq şöbəsi adlandırılıb.

NK-nın Regionların inkişafı, Kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsi də ləğv olunub. Onun yerində Aqrar və ekologiya şöbəsi və Regionların inkişafı şöbəsi təsis edilib.

Sənaye və energetika məsələləri şöbəsinin adı dəyişdirilərək Sənaye və energetika şöbəsi adlandırılıb.

NK-nın kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsi də ləğv olunub. Onun yerində isə Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsi təsis edilib.

Hökumətin Təhlükəsizlik və müdafiə şöbəsinin adı da dəyişdirilib və əvəzinə Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi yaradılıb.

Tarix
2019.12.02 / 17:42
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev sabiq prezidentə başsağlığı verdi

Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...

İlham Əliyev İsveçrə prezidentinə başsağlığı verdi

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Azərbaycan İsveçrəyə başsağlığı verdi

Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla