Yuxarı

“Azərenerji” Zaqatalanı zülmətə qərq etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərenerji” Zaqatalanı zülmətə qərq etdi

Zaqatala rayonunun sakinləri elektrik enerjisinin verilişində tez-tez yaranan fasilələrdən şikayətçidir.

Axar.az xəbər verir ki, rayonun Aşağı Tala kəndinin sakinləri işığın fasilələrlə verildiyini, şikayətlərin isə cavabsız qaldığını bildirib.

Redksiyamıza ünvanlanan şikayət məktubunda sakinlər qeyd edir ki, "Azərenerji"nin yerli qurumu hər dəfə bir bəhanə gətirərək problemi aradan qaldırmaq istəmir:

"Gün ərzində 10-15 dəfə işıqlarımız kəsilir. Təkcə kənddə yox, bütün rayonda vəziyyət acınacaqlıdır. Hər dəfə şikayət edəndə "stansiyada yağ qurtarıb" deyirlər. Proses bir müddət davam etsəydi, nasazlığı başa düşmək olardı. Lakin bu problem aylardır ki, davam edir. Aidiyyəti üzrə quruma, rayon İcra Hakimiyyətinə dəfələrlə şikayət etsək də, problemə əlac edən olmayıb".

Məsələ ilə bağlı "Azərenerji" ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidməti rəhbərinin müavini Ələkbər Baxşəliyev nəinki Zaqatalada, heç bir bölgədə enerji verilişində problemin olmadığını bildirdi:

"Hazırda ölkənin heç bir bölgəsində elektrik enerjisinin verilişi ilə bağlı problem yoxdur. Ola bilsin ki, Zaqatala rayonunda bəzi abonentlərin borcu olsun. Ancaq buna görə problem yarana bilər. Başqa heç bir problem yoxdur".

Tarix
2015.02.04 / 14:00
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı müzakirə edildi

Azərbaycan şəhəri bu şəhərlə qardaşlaşa bilər

Qriqoryandan demarkasiya ilə bağlı açıqlama

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla