Yuxarı

Bakıda bu ərazilərdə hər gün işıqlar niyə sönür? – Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bu ərazilərdə hər gün işıqlar niyə sönür? – Açıqlama

Hər gün Abşeron rayon 28 May qəsəbəsində elektrik enerjisinin verilməsində fasilələr yaranır.

Bu barədə Axar.az-a qəsəbə sakinləri məlumat verib. Sakinlər qəsəbədəki evlərin elektriklə təchizatında hər gün ən azı 3-4 saat fasilə yarandığını, bunun isə kombi sisteminin fəaliyyətini iflic etdiyini və havaların soyuduğu vaxtda çətinliklər yaşadıqlarını bildiriblər.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib ki, qəsəbədə enerji təchizatında fasilələr verilməsinə səbəb Xırdalanda və ətraf qəsəbələrdə ASC tərəfindən aparılan işlərlə əlaqədardır:

“Hazırda Xırdalan şəhərinin və ətraf qəsəbə sakinlərinin fasiləsiz və dayanıqlı enerji təchizatının təmin olunması məqsədi ilə işlər görülür. Azərenerji ASC tərəfindən yeni inşa edilən 110 kV-luq “Xırdalan” yarımstansiyasının ərazisində 35/10 kV-luq yarımstansiyası tikilərək şəbəkəyə qoşulub. 220/110/10 kV-luq “Xırdalan” yarımstansiyasından elektrik enerjisi ilə təmin olunan 10 kV-luq kabel xətlərinin yeni 35 kV-luq yarımstansiyaya köçürülməsi işləri davam etdirilməkdədir.

Masazır, 28 May, Pirəküşkül, Qobu, Hökməli qəsəbələrində, Atyalı, Quşçuluq və digər ərazilərin elektrik təchizatında olan problemlərin aradan qaldırılması üçün Azərişıq ASC tərəfindən bir sıra texniki tədbirlər həyata keçirilməkdədir.

Qeyd olunan yaşayış məntəqələrində 35; 10; 6 və 0.4 kV-luq elektrik veriliş xətlərində, yarımstansiya və transformator məntəqələrində yenidənqurma və təmir işləri aparılır, elektrik enerjisinə artan tələbatın qarşılanması üçün müxtəlif gücdə komplekt transformator məntəqələri quraşdırılır”.

T.Mustafayev bildirib ki, işlərin dekabr ayının sonuna qədər tamamlanması nəzərdə tutulur.

Tarix
2019.12.05 / 15:28
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla