Yuxarı

Kirayə mənzilləri necə satın almaq olar?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kirayə mənzilləri necə satın almaq olar?

Yerli icra hakimiyyəti orqanları sosial mənzil təklif edən zaman ailədə adambaşına 16 kvadratmetrdən mənzil sahəsi hesablamalıdır.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov Nazirlər Kabinetinin sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi ilə bağlı qərarından danışarkən deyib.

V.Bayramov bildirib ki, burada söhbət satın almaq məqsədi ilə kirayə mənzil fondundan deyil, sosial kirayə əsasında yaşayış sahəsi təklifindən gedir:

“Nazirlər Kabinetinin qərarı ilə sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondu yaşayış sahələri üzrə normanı beynəlxalq standartlara uyğun olaraq, 16 kvadratmetr müəyyən edib. Bu o deməkdir ki, yerli icra hakimiyyəti orqanları sosial mənzil təklif edən zaman ailədə adambaşına 16 kvadratmetrdən mənzil sahəsi hesablamalıdır. Əgər hər hansı vətəndaşımızın bu növ sosial mənzillərə ehtiyacı varsa, o zaman yerli icra hakimiyyəti orqanlarında uçota alınmaq üçün müraciət edə bilər. Sosial kirayə müqaviləsi müddətsiz olur və növbəlilik prinsipi əsasında aparılır”.

İqtisadçı bildirib ki, satın almaq məqsədi ilə kirayə evlər maksimum 25 il müddətinə təklif olunur:

“Həmçinin, müqavilə öhdəlikləri bitdikdən sonra mənzil kirayəçinin mülkiyyətinə verilir. Satın almaq məqsədi ilə kirayə mənzillərin bu ayın sonlarında satışa çıxarılması gözlənilir. Vətəndaşlar elektron ipoteka portalı və ya ASAN Xidmət vasitəsi ilə müraciət edə biləcəklər”.

Tarix
2019.12.06 / 10:22
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Azərbaycan səfirliyinə hücum qəbuledilməzdir - Belçika

Daşkənddə Azərbaycan bayrağı proyeksiya olundu - Foto

Şimali Kipr lideri Azərbaycan nümayəndələrini qəbul etdi

​5 gün ardıcıl qeyri-iş günü olacaq - Tarixlər

Fransadan Azərbaycan səfirliyini hədəf alan hücuma reaksiya

Bayramovun da iştirak etdiyi görüşdə nələr müzakirə edildi?

İlham Əliyev Daşkənddə ziyafətdə - Video

İlqar Hacıyev Baş Prokurorluğa çağırıldı

Əliyev Daşkənddə tədbirdə: Alim Qasımov mükafatlandırıldı

Prezident Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla