Yuxarı

MSK toplandı: Təqvim Planını təsdiqlədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MSK toplandı: Təqvim Planını təsdiqlədi

14:09

Mərkəzi Seçki Komisiyasının (MSK) iclası keçirilir.

Axar.az xəbər verir ki, iclası MSK sədri Məzahir Pənahov açıb.

O, ilk olaraq V çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Prezident İlham Əliyevin dekabrın 5-də imzaladığı sərəncamını oxuyub.

MSK sədri bildrib ki, Seçki Məcəlləsinin tələbinə əsasən MSK seçkinin keçirilməsinə dair müvafiq tədbirlər həyata keçirməldir:

“Bu məqsədlə də bu gün Mərkəzi Seçki Komissiyasının iclası çağırılıb”.

İclasda ilk olaraq “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” müzakirə edilib.

Məsələ barədə MSK-nın katibi Arifə Muxtarova məlumat verib.

O qeyd edib ki, Təqvim Planında seçkilərin keçirilməsinə dair tədbirlərin – namizədlərin qeydiyyatı, təbliğat-təşviqat kampaniyasının aparılma müddəti, müşahidəçilərin qeydiyyatı və sair məsələlər müəyyənləşdirilib.

Onun sözlərinə görə, MSK seçki günü ərzində 5 dəfə seçici fəallığına dair məlumat açıqlayacaq.

Müzakirələrdən sonra “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” təsdiq edilib.

İclas davam edir.

Tarix
2019.12.07 / 14:26
Müəllif
Axar.az
Digər xəbərlər

TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan

Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq

Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi

İrəvan anlamalıdır ki, sülhdən başqa alternativi yoxdur...

Kobaxidze Azərbaycana gəlir

Türkiyənin 31 vətəndaşı "arzuolunmaz şəxs" elan edildi

Bu halda Türkiyə ilə sərhəd açılmayacaq - Adamyan

Azərbaycanlı çoban Ermənistana keçdi

Bakıda Azərbaycan-AB Biznes Forumu keçirilir

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla