Yuxarı

Sumqayıtda yaşayan türkiyəli vətəninə gedə bilmir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sumqayıtda yaşayan türkiyəli vətəninə gedə bilmir

Sumqayıtda yaşayan Məhməd Çalışır adlı Türkiyə vətəndaşı maddi imkanın və övladlarının sənədlərinin düzgün olmaması səbəbindən vətəninə geri dönə bilmir.

Bu barədə məlumatı Axar.az-a Türkiyənin Hatay vilayətindən olan Məhməd Çalışırın özü deyib. O bildirib ki, bununla bağlı Türkiyənin Bakıdakı səfirliyinə müraciət etsə də, cavab ala bilməyib:

“11 ildir Azərbaycanda yaşayıram və azərbaycanlı xanımla ailə həyatı qurmuşam. 3 qız övladım var və hazırda Sumqayıtın Kotec qəsəbəsində kirayədə yaşayıram. Sənədlərimdə problem olduğu üçün burada işləyə bilmirəm. Yoldaşım şəkərli diabetdir. Onun müalicəsi üçün lazım olan dərmanları almağa pulum yoxdur.

Övladlarımın sənədlərində problem olduğundan Türkiyəyə də qayıda bilmirik. Geri qayıtmağım üçün lazım olan sənədləri almağa Türkiyə səfirliyi hər uşaq üçün 130 dollar pul tələb etdi. Maddi imkanım çatmadığı üçün bu sənədləri düzəldə bilmədim, səfirlik də mənə kömək etmədi. Yoldaşımın səhhəti də hər keçən gün daha da pisləşir. Mən ailəmlə birlikdə vətənimə qayıdıb, orada çalışmaq istəyirəm”.

Məsələ ilə bağlı Türkiyənin Azərbaycandakı səfirliyindən saytımıza bildirib ki, Məhməd Çalışır səfirliyə yenidən müraciət edərsə, ona sənədlərin alınması üçün lazım olan köməklik göstəriləcək:

“Məhməd Çalışırın özünə bir müddət əvvəl 10 illik xarici pasport verdik. Övladları Türkiyə vətəndaşı olmadığı üçün ona köməklik edə bilmədik. Bu şəxsin rəsmi nikahı yoxdur və övladları doğulan zaman onları qeydiyyata salmayıb. Bu səbəbdən sənədlərin alınması üçün lazım olan prosedurları və tələb olunan rüsumu ona bildirdik. Əgər bu sənədlərin alınması üçün maddi imkanı yoxdursa, bizə yenidən müraciət etməlidir. Məhməd Çalışır səfirliyə ərizə ilə yenidən müraciət etsin və bundan sonra səlahiyyətli şəxslər problemin həlli üçün lazımi işləri görəcək”.

Mövzunu diqqətdə saxlayacağıq...

Tarix
2019.12.08 / 09:30
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Bu şəxslər hərbi xidmətə çağırılmırlar - Səbəb

Yalçın Rəfiyev AB-nin yüksək səviyyəli toplantısında

Ramiz Mehdiyev Rusiyada bu qurumun üzvüymüş - Fakt

Azərbaycan bu qırıcıların yeni partiyasını qəbul etdi

Putin qəsdən görüş üçün bu şəhəri seçdi

Rusiyada daha bir azərbaycanlı iş adamı həbs olundu

Prezidentin xüsusi nümayəndəsi Arakçı ilə görüşdü

Zakir Həsənov Özbəkistana getdi, həmkarı ilə görüşdü

İki siyahı var: Biri “beşinci kolon”, digər isə Mehdiyevin…

İlham Əliyev Qazaxıstana getdi, belə qarşılandı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla