Yuxarı

İmtahan qiymətləri niyə bahadır? - DİM sədri

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda qəbul imtahanlarında pulsuz iştirak etmək üçün hər bir vətəndaşın bir şansı var. Həmin imtahanın haqqını hökumət ödəyir.

Axar.az xəbər verir ki, bu sözləri DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, DİM tərəfindən keçirilən imtahanların qiyməti o qədər də yüksək deyil:

“Heç kim deyə bilməz ki, bütün imtahanlar pulludur. Yalnız imtahanlarda ikinci şansı istifadə etmək istəyənlər həmin imtahanın qiymətini ödəyir. Yeni imtahanları, yeni tələbləri və imtahan nəticələrini araşdırmaq üçün daha çox insan, qurğu cəlb etmək lazım olur. Bu baxımda imtahanların qiymətləri o qədər də yüksək deyil.

Özbəkistandan gələn heyət bizim işimizlə maraqlandı. Onlar bildirdilər ki, Özbəkistanda imtahanların qiyməti orta aylıq əmək haqqının yarısını təşkil edir. İmtahanın qiyməti həmin imtahanın keçirilməsinə sərf olunan vəsaitdən asılıdır. Yeni növ imtahanların cavablarını yoxlayan müəllimlər də onlara verilən məvacibin qane etmədiyini söyləyirlər. Belə olan halda biz necə qiymətləri aşağı sala bilərik?”

Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzinin “Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modeli” ictimai rəy sorğusu əsasında hazırlanmış analitik hesabatında imtahan qiymətlərinin bahalığından gileylənən vətəndaşların olduğu bildirilib.

Tarix
2019.12.18 / 15:05
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Azərbaycana minnətdarıq - Sikorski

Kaya Kallas Azərbaycana təşəkkür etdi

Bakı bu təşkilatda ən dominant oyunçulardandır - Avraham

Bayramov BƏƏ XİN başçısı ilə danışdı

İsrail və İran arasında atəşkəs... - Rəsmi Bakıdan reaksiya

İran çox şey itirdi, amma simasını... - Mixaylov

Rusiya səfirliyinin əməkdaşları ölkəmizə təxliyə olundu

Sabir Rüstəmxanlı Xameneiyə müraciət etdi

Azərbaycan UNEP CPR Bürosunun sədri seçildi - İlk

İsrail-İran savaşı: Ərəblər bir daha əmin oldular ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla