Yuxarı

Bələdiyyə seçkisində qalib gələn tək jurnalist

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bələdiyyə seçkisində qalib gələn tək jurnalist

Ötən gün bələdiyyə seçkilərində iştirak edən jurnalistlərdən yalnız biri qalib olub.

Axar.az xəbər verir ki, bələdiyyə seçkilərində 7 jurnalist iştirak etsə də, yalnız 10 saylı Binəqədi üçüncü seçki dairəsindən Binəqədi qəsəbəsi bələdiyyəsinin üzvlüyünə namizəd olan “Azadinform” informasiya agentliyinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Niyaz Niftiyev seçkilərdə qalib gələn şəxslər arasındadır. İlkin nəticələrə görə, N.Niftiyev 3486 səslə hazırda liderdir.

Qeyd edək ki, bələdiyyə seçkiləri üçün 22 saylı Nəsimi ikinci seçki dairəsindən namizəd Editor.az saytının baş redaktoru Fərid Şahbazlı, 32 saylı Suraxanı üçüncü seçki dairəsindən Unikal.org saytının müxbiri, jurnalist Famil Fərhadoğlu, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən Zaurə Əmirova, 34 saylı Xətai ikinci seçki dairəsindən “Cümhuriyət” qəzetinin redaktoru Elman Cəfərli, Xətai rayonu 36 saylı seçki dairəsindən Türsevdası.org saytının baş redaktoru Sevda Zülfüqarlı, 23 saylı Nəsimi-Səbail seçki dairəsidən “Kaspi” qəzetinin müxbiri Rufik İsmayılov iştirak etsə də, onlar qalib gəlməyib.

Tarix
2019.12.24 / 12:21
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

Yeni şöbə yaradıldı, Rəsulov müdir təyin olundu

Dövlət Proqramında səmərəsiz xərclərə yol verilib - HP

Azərbaycan ilk dəfə MDB-nin sədri olacaq - Lebedev

“Sülh körpüsü”: ikitərəfli dəyirmi masa başa çatdı

Moskvanın Zəngəzurla bağlı təhdidi: Rusiyanın planı nədir?

İranda bu şəxslər Azərbaycana qarşı... - Süleymani

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla