Yuxarı

Bakı metrosunda qəribə vaqonun sirri nədir? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı metrosunda qəribə vaqonun sirri nədir? - Açıqlama

"Sərnişinlərin marağına və təəccübünə səbəb olan vaqon yol ölçən vaqondur. Ayda bir dəfə xəttə buraxılır. Burada təəccüblü heç nə yoxdur".

Bu sözləri Axar.az-a Bakı Metropoliteni mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Metronun "Cəfər Cabbarlı" stansiyasında görünən və sərnişinlərin marağına səbəb olan maraqlı vaqonla bağlı danışarkən deyib.

Maraqlı vaqonla bağlı "Azadlıq" radiosuna foto yollayan şəhər sakini qeyd edib ki, dünən bir saat intervaldan sonra perrona yan alan qatarın vaqonlarından biri olduqca maraqlı dizaynda olub. Belə ki, vaqonda kondisioner, divan-kreslo, azuqə və geyim üçün rəflər olduğu görünüb. Həmçinin metropoliten işçiləri stansiyada dayanmış sərnişinlərə sözügedən vaqona minməyə izn verməyiblər.

N.Paşayev isə qeyd edir ki, burada təəccüblü bir şey yoxdur:

"Ayda bir dəfə xəttə buraxılan 5 vaqonluq qatarın bir vaqonu belə olur. Burada qəribə heç nə yoxdur. Ola bilməz ki, indiyə qədər bu vaqonu heç kim görməsin. Bu, yol ölçən vaqondur. Sərnişinlərin istifadəsinə icazə verilmir. Yolları yoxlamaq üçündür. Vaqonun içində xüsusi aparat var".

Vaqonun içində divan-kreslo və kondisionerin olmasına gəlincə isə, Metropoliten sözçüsü belə bir şeyin olmadığını bildirdi:

"Kondisioner, divan-kreslo yoxdur. Amma iş aparan personalın oturması üçün stol-stul var. O, bir növ laboratoriyadır. Bazar günləri insanların az olduğu zaman xəttə buraxılır. İşçilər də bizim mütəxəssislərdir. Hərə öz sahəsi üzrə yollarda yoxlanış aparıb".

Tarix
2015.02.10 / 11:15
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

"Azər", yoxsa "Azəri"? - Millət vəkilindən şərh

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla