Yuxarı

Banklar da gücləndirilmiş iş rejiminə keçir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Banklar da gücləndirilmiş iş rejiminə keçir

Sabahdan başlayaraq yanvarın 7-nə qədərki bayram günlərində Azərbaycandakı bankların filial və şöbələri, eləcə də “Azərpoçt” MMC-nin satış nöqtələri gücləndirilmiş iş rejimində çalışacaq.

Axar.az bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Məlumata əsasən, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 22 bankın 178 satış nöqtəsi (o cümlədən, 9 bank üzrə 13 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt”un isə 112 şöbəsi (o cümlədən, 8-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.

Bayram günlərində AMB-nin yaratdığı bankların fəaliyyətinə nəzarət üzrə xüsusi monitorinq qrupu fəaliyyət göstərəcəkdir. İstehlakçılara fasiləsiz xidmət göstərən qaynar xətt vasitəsilə hər hansı sual və şikayətlə Mərkəzi Banka müraciət oluna bilər.

Koordinator: Azər Quluyev

Qaynar xətt: (+994) 70 922 29 99

Gücləndirilmiş iş rejimində çalışacaq bankların iş qrafiki ilə https://uploads.cbar.az/press-releases/e05b3f6031d3959a6ff2bff89.pdf linki, “Azərpoçt”un satış nöqtələrinin iş qrafiki ilə isə https://uploads.cbar.az/press-releases/7403a6c30b110a9e2e6387c93.pdf linki vasitəsilə tanış olmaq mümkündür.

Tarix
2019.12.30 / 18:39
Müəllif
Axar.az
Digər xəbərlər

Heydər Əliyev və Alyona Əliyeva Zəfər Parkında - Foto

Ərdoğandan xəbərdarlıq: Qardaşlığı zəiflətmək istəyənlər...

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

Azərbaycan və Türkiyənin arasına heç kim girə bilməz

Əliyevdən Ərdoğana: Dəstəyiniz ruhumuzu artırıb

Zəfər günündə bizimlə bərabər olmağınız bizi sevindirir - Əliyev

İlham Əliyevlə Ərdoğanın birgə mətbuat konfransı - Canlı

Mehriban Əliyeva və Əminə Ərdoğan əl-ələ... - Video

İlham Əliyev Ərdoğanı Şuşaya özü apardı - Foto

Prezident Ərdoğanın səfəri ilə bağlı görüntülər paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla