Yuxarı

Təhsil Nazirliyindən Məleykə Abbaszadəyə cavab

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təhsil Nazirliyindən Məleykə Abbaszadəyə cavab

Azərbaycan Təhsil Nazirliyi Tələbə Qəbul üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin fevralın 11-də səsləndirdiyi fikirlərlə bağlı açıqlama yayıb.

Report-un məlumatına görə, TQDK-nın rəqəmləri təhsildə dinamikanın müsbətə doğru dəyişdiyini təsdiqləyir: "Son 3 ildə ölkədəki ümumtəhsil məktəblərdəki ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilir. Gəlin onların nəticələrinə diqqət yetirək. 2012-ci ildə 9-cu sinfi bitirərək müvəffəqiyyət qazanmış (yəni, müsbət qiymət almış) məzunların sayı 50,27% idi isə, 2013-cü ildə bu rəqəm 58,41%-ə, 2014-cü ildə 62,04%-ə yüksəlib. 2012-ci ildə 11-ci sinfi bitirərək müvəffəqiyyət qazanmış məzunların sayı 68,9% idi isə, 2013-cü ildə onların sayı 72,14%-ə, 2014-cü ildə isə 74,11%-ə qədər artıb. Beləliklə, TQDK-nın verdiyi rəqəmlər ümumi təhsildə dinamikanın müsbətə doğru dəyişdiyini təsdiqləyir".

Nazirlik qəbul imtahanlarında toplanan balların ümumtəhsil məktəblərində tətbiq edilən 5 ballıq sistemə (0 – 200 bal bərabərdir "2"-ə, 200 – 300 bal - "3"-ə, 300 – 500 bal - "4"-ə, 500 – 700 bal - "5"-ə) uyğunlaşdırılması əmsalının isə doğru olmadığını açıqlayıb: "Belə bir yanaşmanın elmi əsasları yoxdur. Bu cür müqayisənin hansı meyarlar əsasında aparılması da aydın deyil".

Habelə, Təhsil Nazirliyi yuxarı siniflərdə davamlı surətdə aparılan sınaq imtahanlarının nəticələri belə proqnozların verilməsində bir mənbə kimi çıxış edə bilər.

Tarix
2015.02.12 / 17:23
Müəllif
Axar.az
Digər xəbərlər

Laricani öldürüldü - Katz elan etdi

Ermənistan üzərindən Bakıya uçan hərbi təyyarə...

Milli Məclisin iclası başladı

Bayramov pakistanlı həmkarı ilə danışdı

Vardanyanın müraciətləri araşdırıldı

Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi

PA rəsmisinin Azıx mağarasından paylaşımı - Video

Azərbaycan dünyanın ən güclü tank qüvvələri reytinqində...

İlham Əliyev Tokayevi təbrik etdi

Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək - Özər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla