Yuxarı

FHN-in axtarış-xilasetmə dəstəsi Türkiyədə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN-in axtarış-xilasetmə dəstəsi Türkiyədə

Fövqəladə Hallar Nazirliyinin (FHN) Beynəlxalq axtarış-xilasetmə dəstəsi Türkiyə Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Hallar Departamentinin (AFAD) dəvəti ilə yanvarın 12-dən Ankarada keçirilən təlimdə iştirak edir.

Axar.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, təlimin əsas məqsədi Türkiyənin mentorluğu ilə humanitar əməliyyatlarda Azərbaycanı təmsil etmək üçün yaradılmış FHN-in Beynəlxalq axtarış-xilasetmə dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsi üçün hazırlığın artırılması, eyni zamanda, şəxsi heyətin humanitar əməliyyatlarda iştirakına dair bilik və bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.

Yanvarın 13-də təlim çərçivəsində FHN-in Beynəlxalq axtarış-xilasetmə dəstəsinin üzvləri AFAD-ın inzibati binasında olublar.

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu Azərbaycan FHN-in Beynəlxalq axtarış-xilasetmə dəstəsinin üzvləri ilə görüşüb. Nazir təlimdə iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvlərini salamlayaraq onlara uğurlar arzulayıb.

Sonra nazirliyin Beynəlxalq axtarış-xilasetmə dəstəsinin üzvləri AFAD-ın fəaliyyəti ilə yaxından tanış olublar. Qurumun Baş əməliyyat departamentinin rəisi Əbdülkadir Tezcan rəhbərlik etdiyi departamentin fəaliyyəti haqqında geniş məlumat verib. Həmçinin AFAD-ın fəaliyyəti haqqında təqdimatlar nümayiş etdirilib.

Sonra nümayəndə heyətinin rəhbəri polkovnik-leytenant Ələsgər Əliyev FHN-in fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.

Daha sonra Türkiyə Respublikasının AFAD-ın Ankaradakı Təlim-Tədris Mərkəzində təlimin nəzəri hissəsi başlayıb. Yanvarın 18-dək davam edəcək təlim nəzəri və praktik hissələrdən ibarət olmaqla iki mərhələdə həyata keçiriləcək.

Tarix
2020.01.13 / 21:18
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla