Yuxarı

Doktoranturaya qəbul qaydalarında - Dəyişiklik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na dəyişiklik edib.

Axar.az xəbər verir ki, qüvvədə olan Qaydalara əsasən, ali təhsil müəssisələri, elmi müəssisə və təşkilatların elmi şuraları doktorantların dissertasiya mövzularını və elmi rəhbərlərini onların qəbul komissiyaları tərəfindən doktoranturaya qəbul olunmaları haqqında qərar qəbul etdikləri gündən 1 aydan gec olmamaq şərtilə təsdiq edib.

Dəyişilkiyə əsasən, bundan sonra dissertasiyaların mövzularının təsdiq edilməsi və elmi rəhbərlərin təyin edilməsi doktoranturaya qəbul olunma haqqında qərar qəbul olunan gündən 6 aydan gec olmamaq şərtilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçiriləcək.

İndiyə qədər doktoranturaya qəbul haqqında qərarda (əmrdə) doktorantın dissertasiyasının mövzusu, təhsil müddəti və rəhbəri (rəhbərləri) göstərilib və onlara bu haqda məlumat verilib. Bir qayda olaraq, doktorantın elmi rəhbəri elmlər doktoru və ya professor olub. Müstəsna hallarda, ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların elmi şuralarının qərarı əsasında müvafiq ixtisasa malik fəlsəfə doktorları (elmlər namizədləri) da doktorantlara elmi rəhbərlik işinə cəlb oluna biliblər. Müxtəlif ixtisasları əhatə edən mövzular üzrə elmi tədqiqatlar apararkən doktoranta iki elmi rəhbər, yaxud rəhbər və məsləhətçi təyin oluna bilib. Onlardan biri fəlsəfə doktoru (elmlər namizədi) ola bilərdi. Dəyişikliyə əsasən, Qaydada əksini tapan bu müddəalar ləğv edilib. Eyni zamanda elmi rəhbərin məsuliyyəti artırılıb. Hazırda elmi rəhbər doktoranta elmi iş üzrə məsləhətlər verir, doktorantın təsdiq edilmiş fərdi iş planına (tədris proqramına) uyğun fəaliyyətinə rəhbərlik edir və dissertasiya işinin müəyyən olunmuş vaxtda keyfiyyətlə yerinə yetirilməsinə nəzarət edir. Bundan sonra elmi rəhbər həm də müdafiə olunmuş dissertasiya işinin məzmununun və elmi yeniliyinin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin tələblərinə uyğunluğunun müəyyən edilməsinə görə cavabdeh olacaq.

Qaydalara əsasən, ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların rəhbərləri doktorantlara fərdi iş planının yerinə yetirilməsində, zəruri avadanlığın, həmçinin elmi tədqiqat işinin mövzusu ilə bağlı materialların əldə edilməsində yardım göstərməlidirlər. Dəyişikliyə əsasən isə artıq fəlsəfə doktoru imtahanlarının verilməsi iddiaçının dissertasiya müdafiəsinə buraxılması üçün mütləq şərt olacaq.

İndiyə qədər ali təhsil müəssisəsinin, elmi müəssisə və təşkilatın elmi şurası "Elmlər doktoru” elmi dərəcəsinə iddiaçı haqqında müvafiq şöbə, bölmə, kafedra və ya laboratoriyanın təqdimatı əsasında doktoranturaya qəbul, dissertasiyanın mövzusu, fərdi iş planı və elmi məsləhətçisi (məsləhətçilər) haqqında qərar qəbul edib. Dəyişikliyə əsasən, ali təhsil müəssisəsinin, elmi müəssisə və təşkilatın elmi şurasının dissertasiyanın mövzusu və elmi məsləhətçisi (məsləhətçilər) haqqında qərar qəbul etmək səlahiyyəti ləğv edilib. Dissertasiyaların mövzularının təsdiq edilməsi və elmi məsləhətçilərin təyin edilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçiriləcək.

Tarix
2020.01.17 / 01:12
Müəllif
Axar.az
Digər xəbərlər

Görün, Azərbaycana kimlər “petrostate” deyir…

Bayramov NATO Baş katibinin köməkçisi ilə görüşdü

Maldivlə sənəd imzalandı: Bu şəxslər vizadan azad edildi

İsrail prezidentinin Azərbaycana gələcəyi tarix açıqlandı

Tulia Ekson Azərbaycana gəldi

Putin İlham Əliyevə zəng etdi

Azərbaycan XİN-dən Fələstinlə bağlı paylaşım - Foto

İrəvan Bakıya bununla bağlı təklif göndərib - Xandanyan

İlin sonuna kimi sülh sazişi imzalanacaq? - Rəsmi

Bəzi dünya liderləri COP29-da iştirak etmədi - Bayramov

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla