Yuxarı

Krasnovun istintaq təklifi: Bakı bunu tətbiq edə bilərmi?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Krasnovun istintaq təklifi: Bakı bunu tətbiq edə bilərmi?

Rusiya Baş prokuroru vəzifəsinə namizəd İqor Krasnov həbs və ibtidai istintaq müddətlərinin qısaldılması ilə bağlı təklif irəli sürüb. O, işlərin məhkəməyə tez ötürülməsinin effektli olacağını deyib.

Bəs görəsən, bu sistemi Azərbaycanda tətbiq etmək olarmı?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən hüquqşünas Səməd Vəkilov ölkəmizdə də həbs və ibtidai istintaq müddətinin azaldılmasının zəruriliyini bildirib:

“İqor Krasnovun irəli sürdüyü təklif maraqlıdır. Həqiqətən, bəzi hallarda istintaq orqanı istintaq müddətini 4-5 dəfə artırır və həmin müddətdə təqsirləndirilən şəxs həbsdə qalır. Hesab edirəm ki, istintaq müddətinin azaldılması istintaq orqanının daha operativ işləməsinə səbəb olar”.

Hüquqşünas Nicat Gözəlov da barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxsin istintaq müddətinin azaldılmasının məqsədəuyğun olduğunu bildirib:

“Əgər adi qaydada şəxs barəsində iltizam alınıbsa, cinayət işinin 1 ay və yaxud uzunmüddətli aparılması onun üçün o dərəcə də önəm kəsb etmir. Həbsli istintaqdırsa, yəni şəxs barəsində həbs qətimkan tədbiri seçilirsə, istintaq işi təcili məhkəməyə göndərməlidir ki, təqsirləndirilən şəxs barəsində hökm çıxsın. Çünki təqsirləndirilən şəxs haqda bəraət hökmü verildiyi halda onun bu müddətdə həbsdə saxlanması vətəndaşın hüquqularını pozur.

Buna uyğun olaraq, həbs qətimkan tədbirinin də müddəti azaldılmalıdır ki, istintaq orqanı və prokuror ciddi şəkildə həbsdə saxlanılan şəxsin işi ilə məşğul ola bilsinlər”.

Hüquqşünas onu da bildirib ki, bu sistemin tətbiq edilməsi üçün müstəntiqlərin sayı artırılmalıdır:

“Bizdə cinayətlərin sayı ilə müqayisədə müstəntiqlərin sayı azdır. Buna görə onları başa düşmək lazımdır. Hesab edirəm ki, istintaqın keyfiyyətli aparılması üçün ölkədə müstəntiqlərin sayı artırılmalıdır”.

Tarix
2020.01.21 / 18:02
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla