Yuxarı

Azərbaycanda dizelin istehsalı artıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda dizelin istehsalı artıb

2019-cu ildə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 129,2 mln. manat təşkil edib.

Axar.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, neft məhsullarının istehsalı əvvəlki illə müqayisədə 3,2% azalıb.

Ötən il ölkədə 1 161,2 min ton avtomobil benzini istehsal edilib ki, bu da 2018-ci ildən 2,1% azdır. Bu il yanvarın 1-i tarixinə ölkədə 41,6 min ton hazır avtomobil benzini ehtiyatı olub.

Hesabat dövründə 246,9 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 2 112,8 min ton dizel yanacağı, 126,4 min ton yanacaq mazutu istehsal edilib ki, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 20,7%, yanacaq mazutunun istehsalı 18,7%, dizel yanacağının istehsalı 8% artıb.

2019-cu ildə 591,2 min ton həcmində ağ neft, 25,4 min ton həcmində sürtkü yağları, 259,9 min ton həcmində neft bitumu, 238,3 min ton həcmində neft koksu istehsal edilib. Ağ neft istehsalında 4,2%, sürtkü yağlarının istehsalında 78,5%, neft bitumunun istehsalında 10,2%, neft koksunun istehsalında isə 2,3% azalma qeydə alınıb.

Tarix
2020.01.21 / 18:13
Müəllif
Axar.az
Digər xəbərlər

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

Kamaləddin Qafarov: Azərbaycan fərqli yol seçib

Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat

Prezident "Qobustan" GES-in açılışında... - Foto

Bu kəndin yarısı Azərbaycana verilib - Mirzoyan

İlham Əliyev onlara müraciət ünvanladı

Zakir Həsənov Çində mühüm forumda - Foto

Hakan Fidan Ramil Həsəni ilə görüşdü

Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - Foto

Yalnız Bakı Ermənistanı Putinin əlindən ala bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla