Yuxarı

Axar.Az Logo carnation

Nazirlik açıqladı: Bakıda qar örtüyü...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik açıqladı: Bakıda qar örtüyü...

12:35

Yanvarın 24-ü gecə saatlarından başlayaraq ölkə ərazisinə şimaldan soyuq atmosfer cəbhəsi daxil olub. Respublikanın bəzi bölgələrində qar yağıb və qar örtüyü əmələ gəlib. Bakıda və Abşeron yarımadasında proses yağışla müşahidə olunub. Bu gün axşam saatlarından etibarən Abşeron yarımadasının bəzi ərazilərində yağışın sulu qarla qarışıq yağması gözlənilir. Yanvarın 24-dən 25-nə keçən gecə Bakıda və Abşeron yarımadasında temperaturun 0 dərəcəyə yaxınlaşması, hətta 1 dərəcə şaxta olması proqnozlaşdırılır. Sulu qarın yağması prosesi qısamüddətli olduğuna görə qar örtüyünün əmələ gəlməsi ehtimalı azdır.

Axar.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva yanvarın 24-də keçirilən mətbuat konfransında məlumat verib.

U.Tağıyeva bildirib ki, respublikanın regionlarında - Quba-Xaçmaz bölgəsində, cənub bölgəsində, xüsusilə Lerikdə, Daşkəsən-Gədəbəy zonasında, Naxçıvan Muxtar Respublikasında, dağlıq və dağətəyi rayonlarda qar örtüyü əmələ gəlib. Bu prosesin gün ərzində davam etməsi nəticəsində qar örtüyünün hündürlüyü daha da artacaq. Lakin yanvarın 25-də proses səngiyəcək və temperatur yüksələcək, ona görə də qar örtüyü davamlı olmayacaq.

“Son illər hava şəraitinin dəyişməsi prosesi anomal keçir. Əgər ötən illər hava şəraitinin dəyişməsi 2-3 gün davam edirdisə, son illər bu proseslər çox qısamüddətli olur. Budəfəki dəyişiklik də qısamüddətli olacaq. Belə ki, yanvarın 25-i səhər saatlarından başlayaraq respublikanın əksər rayonlarında yağıntılar kəsiləcək. Bakıda və Abşeron yarımadasında yanvarın 25-26-da əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, yanvarın 24-ü ilə müqayisədə havanın temperaturu yenidən tədricən yüksələcək. Yanvarın 25-i gündüz saatlarında cənub-qərb küləyinin arabir güclənməsi proqnozlaşdırılır”, - deyə departamentin direktoru qeyd edib.

Nazirliyin nümayəndəsinin sözlərinə görə, ötən illə müqayisədə bu il qış fəsli daha mülayim keçir: “Keçən ilə nisbətən yağıntılı günlərin sayında da azalma qeydə alınıb. Yağıntıların miqdarı normanın 9-58 faizini təşkil edir”.

Tarix
2020.01.24 / 19:59
Müəllif
Axar.az
Digər xəbərlər

Ən yaxşı bazar, əlbəttə ki, Avropa bazarıdır

İlham Əliyev Davosda AYİB prezidenti ilə görüşdü

Prezident: Onlarla istənilən əməkdaşlığı dayandırmışıq

İranda baş verən müəyyən qeyri-sabitlik... - Prezident

Prezident Davosda Ceymi Daymonla görüşdü - Foto

Əliyevdən Ermənistan açıqlaması: Bunu götürdük!

Yeni era başlayıb, indi güc qaydası idarə edir - Prezident

ABŞ nizamı darmadağın etdi: böyük toqquşmalar başlayır

Ukraynaya 1 milyon dollarlıq yardım göndərdik - Foto

Ərdoğanın oğlu Gəncədə Şəhidlər xiyabanında... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla