Yuxarı

Toyuq ətinin şişirdilməsi videosuna reaksiya - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Toyuq ətinin şişirdilməsi videosuna reaksiya - Video

"Sosial şəbəkələrdə videosu yayılan toyuq ətinin şişirdilməsinin yerli müəssisələrlə heç bir əlaqəsi yoxdur. Bütün bu məlumatlar yalnız təxribat xarakterlidir. Məsələ ilə bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət etmişik. Yaxın zamanlarda bu videonun kimlər tərəfindən nə məqsədlə yaydığı məlum olacaq".

Report xəbər verir ki, bunu Respublika Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycandakı quşçuluq fabrikləri dünyanın inkişaf etmiş ölkələrinin aparıcı şirkətlərinin ən son texnologiyaları və avadanlıqları ilə təchiz olunub: "Ona görə də orada sanitar-gigiyenik normalar ən yüksək səviyyədə gözlənilir".

A.Vəliyev bildirib ki, Azərbaycanda 47 yerli toyuq istehsal edən müəssisə var: "Həmin müəssisələrə də Standartlaşdırma Metrologiya, Patent üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti nəzarət edir. Baytar həkim briqadası bu işlərə nəzarəti diqqətdə saxlayır. Odur ki, burada standart uyğunsuzluğundan söhbət gedə bilməz".

O, həmçinin qeyd edib ki, quş əti istehsalı keçən il 99,4 min ton olub: "Bu da 2010-cu ilə nisbətən 1,5 dəfə artım deməkdir. Eyni zamanda sənaye üsulu ilə 3 dəfə artaraq 64,1 min tona çatıb. Bu dövrdə yumurta istehsalı 1,3 dəfə artaraq 2014-cü ildə 1,6 mlrd. ədəd təşkil edir".

Xatırladaq ki, videodakı səs yazısı ana dilimizdədir və onun yerli müəsisələrdə çəkilməsi ehtimalı daha çoxdur.

Tarix
2015.02.18 / 14:38
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla