Yuxarı

Yeni dələduzluq: SOCAR-da 700 manatlıq iş... - Aldanmayın

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yeni dələduzlar ortaya çıxıb.

Axar.az xəbər verir ki, bu şəxslər əhalinin alış-veriş etdiyi və əsasən, kamerası olmayan ticarət və xidmət obyektləri ilə ünsiyyət qurur, SOCAR-da işlədiklərini deyir, sürücülər lazım olduğunu və 700 manat əməkhaqqı ilə 10 nəfəri işə götürməyə görəvləndirildiklərini bildirirlər.

Vizit kartlarını da qoyub, arzulayanların axtarmasını xahiş edirlər. Tələyə düşənlər aradıqda isə əvvəlcə CV istəyir, bütün məlumat və fotoları, arayışları ora göndərməyi xahiş edirlər. Email ünvan isə əsasən SOCAR adına uyğunlaşdırılır. Məlumatlar gəldikdən və bir neçə nəfərin müraciəti toplandıqdan sonra həmin şəxslərə “maaş kartı” almaları üçün 250 manat pulu təqdim edilən hesab nömrəsinə köçürmələri tələb edilir.

Saytımıza məlumat verən mənbənin sözlərinə görə, bu işdə hətta inandırmaq üçün “SOCAR-ın hüquqşünası”, “mühasibi” olan şəxslər də iştirak edir. Pul köçürüldükdən sonra isə nömrələr bağlanır, email ünvanlar isə silinir və şəbəkə yoxa çıxır.

İddiaya görə, artıq onlarla şəxs bu dələduzların qurbanı olub.

Məsələ ilə bağlı Axar.az-a danışan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Ehsan Zahidov bildirib ki, bu halda zərərçəkmiş şəxs mütləq polisə müraciət etməlidir:

“Əgər hər hansı bir vətəndaşımız belə halla qarşılaşıbsa, əlində dəlillər varsa, dərhal ərazi polis orqanlarına müraciət etməlidir. Onun bu müraciəti araşdırılacaq və hüquqi qiymət veriləcək”.

Hüquqşünas Səməd Vəkilov isə məsələnin hüquqi tərəflərindən danışarkən qeyd edib ki, həmin şəxs və şəxslər 7 ildən artıq həbs cəzası ala bilər:

“Bildiyiniz kimi, bu, geniş yayılmış bir cinayət növüdür. Buna etibardan sui-istifadə edərək şəxslərin əmlakını, pulunu ələ keçirmək deyilir.

Belə dələduzluq üçün ağırlaşdırıcı hallarda 7 ildən artıq, ağırlaşdırıcı hal olmadıqda isə 7 ilə qədər cəza nəzardə tutulur”.

Tarix
2020.02.04 / 12:06
Müəllif
Səidə Vahid
Digər xəbərlər

Bu gün Azərbaycanda Diplomatiya Günüdür

TDT baş katibi diplomatlarımızı təbrik etdi

Ümid edirik ki, tezliklə Bakı və İrəvan... - ABŞ

Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür etdi

İlham Əliyev Trampa başsağlığı verdi

Azərbaycandakı rus icması Bakını seçdi - Primakovdan etiraf

Azərbaycan sərhədində müharibə təhlükəsi: Bu gün...

Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq - Sukiasyan

Xankəndidə ABŞ-ın bu mesajını İrana çatdırdıq

Tramp və Netanyahu Xameneinin qətlini müzakirə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla