Yuxarı

Şad xəbər: tunel tikintisi bu ay başa çatır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şad xəbər: tunel tikintisi bu ay başa çatır

Bakıxanov və Sabunçu qəsəbələri arasındakı yeraltı tunelin tikintisi son mərhələdədir. Hazırda tuneldə dəmir-beton divarların qranit daşlarla üzlənməsi işləri aparılır.

Bu barədə Axar.az-a Azərbaycan Dəmir Yolları QSC-dən Bakının Bakıxanov qəsəbəsi ilə Sabunçu qəsəbəsi arasında yerləşən dəmiryol xəttinin altından tikilməkdə olan tuneldə aparılan işlərlə bağlı danışarkən deyiblər.

QSC-dən bildirilib ki, aparılan işlərin bir həftə ərzində yekunlaşması nəzərdə tutulub:

“Bundan əlavə, asfaltın alt yatağı hazırlanır. Növbəti mərhələdə isə yolun asfaltlanmasına başlanılacaq. Məlumat üçün bildirək ki, tunelin uzunluğu 268 metr, hündürlüyü 6 metr, eni isə 15.30 metrdir. Tuneldə avtomobillərlə yanaşı piyadaların hərəkəti üçün də 1.30 metr enində səki nəzərdə tutulub. Bu isə tuneldən piyadaların da keçid kimi istifadə edə bilməsinə şərait yaradacaq”.

ADY-dən bildirilib ki, tikinti işlərinin bu ayın sonunadək tamamlanması nəzərdə tutulub.

Xatırladaq ki, tunelin tikintisinə ötən il avqustun 23-dən başlanılıb.

Tarix
2020.02.05 / 12:19
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla