Yuxarı

Yavər Camalovun oğlunun namizədliyi ləğv edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yavər Camalovun oğlunun namizədliyi ləğv edildi

MSK-nın iclasında 46 saylı Şirvan şəhər seçki dairəsi üzrə namizədliyini irəli sürən Rəşad Yavər oğlu Camalovun ikili vətəndaşlığının olması ilə bağlı sözügedən DSK sədri tərəfindən daxil olmuş müraciətə baxılıb.

Axar.az-ın məlumatına görə, MSK katibi Arifə Muxtarova bildirib ki, R.Camalov DSK-ya təqdim etdiyi məlumatlarda yalnız Azərbaycan Respublikası vətəndaşı olduğunu, ikili vətəndaşlığının və başqa dövlətlər qarşısında öhdəliyi olmadığını bildirib:

”Ancaq sonra məlum olub ki, ona 2006-cı ildə Rusiya vətəndaşlığı verilib. Bu da Azərbaycan Konstitusiyasına ziddir”.

A.Muxtarova 46 saylı Şirvan şəhər dairə seçki komissiyasının R.Camalovun namizədliyinin qeydə alınmasına dair qərarının ləğv edilməsini təklif edib.

MSK sədrinin müavini aşkarlanan halın təəssüf doğurduğunu, seçiciləri məyus etdiyini və xoşagəlməz bir hal olduğunu vurğulayıb.

Müzakirələrdən sonra R.Camalovun namizədliyinin ləğv edilməsinə dair qərar qəbul edilib.

Qeyd edək ki, R.Camalov mərhum müdafiə sənayesi naziri Yavər Camalovun oğludur.

Tarix
2020.02.05 / 16:50
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı trollar Ərdoğanı, görün, necə şantaj edir

Hacıbəyli “radikal müxalifət”ə necə rahat “transfer” edildi?

Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı

ABŞ və Ermənistan TRIPP çərçivəsində ilk görüş keçirdi

Bakı-İrəvan gərginliyi başa çatır - Kavelaşvili

ABŞ-ın ictimai-siyasi xadimləri Azərbaycana gələcək

Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi

Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!

Şahin Şıxlinskinin məhkəməsi başladı

Azərbaycandan Ermənistana neft məhsulları yola salındı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla