Yuxarı

33 günlük Lamiyə epopeyası və Behbudov sirri – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
33 günlük Lamiyə epopeyası və Behbudov sirri – Foto

...Həbsxanada bir Sahib Quliyev öldü, başqa bir Sahib Quliyev doğuldu.

Bu uşaq Lamiyənin dəfn edilmiş ümidlərinin nicatı oldu. Hər şey elə oktyabrda da tamamlana bilərdi - əgər yanvarın 17-də Axar.az hüquq müdafiəçisi Elçin Behbudova istinadən onun həbsdə üç aylıq övladı olduğunu yazmasaydı...

Bu tarixdən başlayan Lamiyə epopeyası düz bir ay üç gün çəkdi. Fevralın 20-də Lamiyə atasının öldüyü, oğlunun doğulduğu həbsxanadan çıxdı. İndi Axar.az-ın arxivinə nəzər salanda silsilə yazılar, sensasion iddialar, tükürpədici faktlar, daban-dabana zidd açıqlamaları görmək olar. Bu çaşqınlıq içərisində bütün suallar bir ünvana yönəlmişdi - bu uşaq kimdəndir və hansı şəraitdə Lamiyə hamilə qalıb? Hətta saxlandığı 4 saylı cəzaçəkmə müəssisəsinin keçmiş rəisi Müzəffər Məmmədovun balaca Sahibin atası olduğu iddia olunurdu.
E.Behbudovun Lamiyənin azadlığa çıxmasına verdiyi reaksiyası isə indi maraq doğurur. Hüquq müdafiəçisi "Turan"a deyib ki, bu hadisəni ictimailəşdirəndə zorakılıq faktı olub-olmadığını araşdırmaq istəyirdi. Lakin təcavüz iddiasını Lamiyə təkzib elədi, uşağın atası isə Elnur Rəsulov adlı dustaq çıxdı və o, kənara çəkilməli oldu. Yalnız son ana qədər bu uşağın necə doğulması sirr olaraq qaldı. Lamiyə Elnurla canlı görüşdüyünü, qarşı tərəf isə toxumlarını ona göndərdiyini təkidlə deməkdə davam etdi. Yenə də bu düyün çözülmədi ki, çözülmədi...

Dəyişməyən isə balaca Sahibin hesabına Lamiyənin azadlığa sahiblənməsi oldu. "Bundan sonra nə olacaq" sualı ritorik ola bilər. Çünki Lamiyə epopeyasının hələ ilk pərdəsi fevralın 20-də sona yetdi. Qarşıda keçmiş nişanlısı Vüqar Əliyevin işi və Şəmkirin sabiq başçısı Aslan Aslanovun qaranlıq gələcəyi dayanır...

Tarix
2015.02.20 / 23:54
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəfində

Azərbaycan Britaniya üçün vacib tərəfdaşdır - Nazir

Yaxın vaxtlarda Bakı ilə bu işlərə başlayacağıq - Paşinyan

Paşinyanın reytinqi Rusiyanı dəli etdi - Son sorğu

İlham Əliyev Zoran Milanoviçi təbrik etdi

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

Pezeşkian iclas keçirdi: Azərbaycanla bağlı tapşırıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla