Yuxarı

Deputatlar Gəncədə: Açılış mərasimi keçirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputatlar Gəncədə: Açılış mərasimi keçirildi - Foto

YAP Gəncə şəhər təşkilatında Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən maliyyələşdirilən “Uğura Gedən Yol – Könüllülük” adlı layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə millət vəkilləri Naqif Həmzəyev, Pərvin Kərimzadə, Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəisi Müşfiq Cəfərov və gənc könüllülər iştirak ediblər.

Axar.az xəbər verir ki, Gənclər Fondunun gənclər üçün yatardığı imkanlardan söz açan layihənin rəhbəri Orxan Əhmədov layihə haqqında ətraflı məlumat verib. Orxan Əhmədov “Uğura Gedən Yol – Könüllülük” adlı layihəsinin məqsədinin region gəncləri arasında könüllülüyün təbliği, onların asudə vaxtlarını daha düzgün qiymətləndirmələri istiqamətində təbliğat, gənclərin fərdi və intellektual inkişafına təkan verilməsi, mövcud imkanlar barədə məlumatlandırılma, o cümlədən könüllülük hərəkatının ölkəmizdə daha geniş vüsət almasını stimullaşdırmaq olduğunu diqqətə çatdırıb.

Naqif Həmzəyev ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların düzgün yetişdirilməsi, milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsi Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanıldığı qeyd edib. O, 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi gənclərin dövlətə, Vətənə bağlı, məsuliyyətli bir vətəndaş kimi formalaşmasına, uğurla həyata keçirilən gənclər siyasətinə yeni nəfəs, yeni stimul verəcəyini diqqətə çatdırıb.

Pərvin Kərimzadə və Müşviq Cəfərov da çıxış edərək, ölkəmizdə son illərdə könüllülük fəaliyyətinin həyata keçirilməsi istiqamətindəki dövlət qayğısından söhbət açıblar.

Daha sonra gənclər 10 nəfərdən ibarət 5 qrupa bölünərək könüllülük, komanda işi, etiket qaydalarından bəhs edən təlimlərdə iştirak ediblər.

Tarix
2020.02.12 / 14:36
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya

Rusiyanın nüvə təhdidi: MKİ şefi Moskvaya buna görə gedib

Bu, Azərbaycanla müharibə olardı, mən mazoxistəm?

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Ankara və Təl-Əviv toqquşa bilər - Gözlər Bakıda...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla