Yuxarı

Tacir küçəyə atıldı: polkovnik-sahibkar danışdı - Qalmaqal

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakının "8-ci kilometr bazarı"nı özəlləşdirən keçmiş polis polkovniki, iş adamı Rasim Qurbanov sahibkarlara "qan uddurmağa" başladı. R.Qurbanovun bazarın bir hissəsini alması çox çəkmədi ki, sərt qaydalar tətbiq etməklə müşayiət olundu".

Bu məlumatları Axar.az-a uzun illərdir bazarda obyekt sahibi olan və hazırda mağazaları əlindən alınan Bəhlul Xəlilov verib. Sahibkar qeyd edib ki, R.Qurbanov "8-ci km bazarı"nda hegemonluq edir və ona "gözün üstə qaşın var" deyən yoxdur. Bazarın yeni sahibi yer haqlarının qaldırılması barədə göstəriş verib, ticarətçilərlə amansız rəftar edir, borc-xərc içində boğulan obyekt sahiblərinə zərrə qədər güzəşt etmir. 10 ildir bazarda obyekt işlədən B.Xəlilov iki dəfə bazar yanan zaman külli miqdarda borca düşüb. On minlərlə manat dəyərində zərər görən sahibkarın mağazasındakı mallar da küçəyə atılıb.

B.Xəlilov qeyd edib ki, bazarın yeni sahibinin təyin etdiyi yerhaqqını ödəyə bilmədiyi üçün mağazaları əlindən alınıb:

"Əvvəllər 320 maant yer haqqı ödəyirdik. Rasim Qurbanov deyir 520 manat ödəməlisiz, vəssalam. Bazarda borcu olmayan satıcı yoxdur. Bazar yananda dəfələrlə borca düşmüşük. Heç bunu nəzərə də almır. Deyir ya pulu ver, ya da çıx get".

Mağazaları əlindən alınan B.Xəlilov qeyd edib ki, bazarın yeni sahibi əlindən aldığı obyektlərini yenidən ona satır:

"Mağazalarımı əlimdən alıblar. Mallarımı küçəyə atıblar. Rasim Qurbanov indi də deyir ki, 5 min manat gətir, mağazalarını verim. 10 ildir işlətdiyim mağazalarımı indi yenidən özümə satırlar".

B.Xəlilov 10 ildir orada mağaza sahib olması ilə bağlı əlində heç bir sənədin olmamasına da aydınlıq gətirib:

"Orada heç kəsə bununla bağlı sənəd verilmir. Özlərinin qeydiyyat dəftəri var. Mağaza sahiblərinin adlarını orada qeyd edirlər. Bu səbəbdən əlimdə bir sənədim yoxdur".

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na və Azərbaycan Prezidentinin 17 iyul 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları"na müvafıq olaraq "8-ci km Ticarət Mərkəzi" ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan etmişdi. Fevral ayının 7-də "8-ci km Ticarət Mərkəzi" ASC-nin özəlləşdirilməsi ilə əlaqədar keçirilən tenderin qalibi Bəhram Qurbanov olub. Bəhram Qurbanov tanınmış biznesmen Rasim Qurbanovun oğludur.

Məsələ ilə əlaqədar "8-ci km Ticarət Mərkəzi" ASC-nin sədri Rasim Qurbanovla əlaqə saxladıq. ASC sədri qeyd etdi ki, bazarda obyektləri olduğu deyilən B.Xəliovu tanımır. R.Qurbanov onun haqqında şər-böhtan danışan yalançı sahibkar haqqında danışmaq istəmədiyini də bildirdi:

"Siz şikayət edən vətəndaşdan bir sənədlərini tələb edin. Görün həmin bazarda yer haqqı ödəməsi ilə, sahibkar olması ilə bağlı sənədi varmı, VÖEN-i varmı? Mən heç belə bir insan tanımıram. Bazarda mağaza sahibi olan Bəhlul Xəlilov adlı sahibkar yoxdur. Burada hər şey qaydalarla, sənədlərlə tənzimlənir. Mən heç kısi qova bilmərəm. Əksinə yalvarıram ki, şərait yaradıram, gəlin burada işləyin. Sizə müraciət edən o sahibkardan öyrənin? görün, dövlətə heç olmasa 10 qəpik vergi veribmi? Mən o insanı heç tanımıram. Mən o adamı tanıyıram ki, mənimlə müqaviləsi var. Sahibkaramsa? qiyməti tənzimləmək mənim hüququmdur. Mən yer haqqını nəyəsə əsasən qaldıra da bilərəm, aşağı sala da bilərəm. Məndən şikayət edən şəxs razı deyilsə bununla, getsin başqa bazarda işləsin".

ASC sədri bildirdi ki, bazar və onun özü ilə bağlı deyilənlər hamısı yalan məlumatdır:

"Mən bura 2011-ci ildə təyin olunmuşam. Soyadım da Qurbanov deyil, Məmmədovdur. Mən Səhmdar Cəmiyyətin sədriyəm. Rasim Qurbanov adlı insan da tanımıram".

Xatırladaq ki, Rasim Qurbanov ad-soyadı rəsmi məlumatda əksini tapıb.

Tarix
2015.02.22 / 10:55
Müəllif
Axar.az
Digər xəbərlər

O, məni şərləyəndə Bəylər Əyyubov prezidentə demişdi ki...

Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video

Rusiyada öldürülən qardaşlar: ekspertizanın nəticəsi...

Ərdoğandan Azərbaycana növbəti təşəkkür

Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili

Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?

Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı

Rusiya "tarixi iddialara" əsaslanır, postsovet ölkələrinə qarşı...

Paşinyan Kallasla görüşdü, sülh prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla