Yuxarı

Həmidov haqda yalan yayıldı: ailə narahatdır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq Daxili İşlər naziri İsgəndər Həmidovun ölüm xəbərini yayanlara qarşı ailə üzvləri etiraz edib.

Axar.az xəbər verir ki, hazırda komada olan keçmiş nazirin bacısı oğlu Şəhriyar Məcidov bəzi saytların İsgəndər Həmidovun ölümü ilə bağlı yaydıqları yalan məlumatlardan ailəsinin narahatlıq keçirdiyini bildirib.

Ş.Məcidov qeyd edib ki, ailə belə çətin dövrdə hamıdan diqqətli olmağı xahiş edir:

“Etika, insanlıq gözləyirik, olmur. Yalandan xəbər verirlər ki, İsgəndər Həmidov vəfat edib. İnsanlar narahat olur, yaxınlarına, ailə üzvlərinə zəng edib, eşitmək istəmədiyimiz acı xəbəri soruşurlar. Acımızı yenidən yaşayırıq. Telefon xətlərində göz yaşlarına hakim ola bilməyən bu adamlara yazıq deyilmi? Adam öz insanının, öz xalqının nümayəndəsinin ağrısına, acısına dəfələrlə səbəbsiz yerə bais olarmı?

İsgəndər Həmidovun vəziyyəti kəskin ağırdır. Amma sağdır. Xahiş edirik, İsgəndər Həmidovun haqqında olan xəbərləri ailə üzvlərinə istinadən verin”.

Qeyd edək ki, İ.Həmidov 24 yanvardan komadadır və süni tənəffüs aparatına qoşulub.

Tarix
2020.02.14 / 14:25
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Mirziyayevin Azərbaycana səfəri əhəmiyyətlidir, çünki...

Rusiyadan Azərbaycana gələn turist sayında azalma var?

Bakı-Moskva gərginliyi: Ərdoğanın bu sözləri Putinədir

Xankəndidə Şimali Kipr bayrağının asılması... - Tatar

Əliyevlə danışdım: Suriya ilə bağlı buna hazırdır

Ərdoğandan Bakı-Moskva gərginliyinə münasibət

Əliyev buna çox önəm verir: Zəngəzur dəhlizi açıldığı zaman...

Azərbaycanla Pakistan arasında memorandum imzalandı

Türkiyədən Rusiyaya sərt siyasi mesaj: Koalisiyaya qoşuldu!

Prezident venesuelalı həmkarını təbrik edib

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla