Yuxarı

Tikinti ərazilərinin 25 faizi yaşıllıq olmalıdır – Nazirlik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tikinti ərazilərinin 25 faizi yaşıllıq olmalıdır – Nazirlik

Ekoloji rəylərin alınması, tikinti və infrastruktur layihələrin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə növbəti ictimai dinləmə Gəncə şəhərində keçirilib.

Bunu Teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza İdarəsinin rəisi Mirsalam Qənbərov bildirib.

O qeyd edib ki, Gəncə şəhərində Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) istifadəsinə ayrılmış torpaq sahəsində çoxmənzilli yaşayış kompleksinin tikinti layihəsinin ətraf mühitə təsirinin qiymətləndirilməsi ilə əlaqədar keçirilən ictimai dinləmədə layihə icraçıları, ictimaiyyət, QHT nümayəndələri və ekspertlərin iştirakı ilə müzakirələr aparılıb, maraqlı tərəflərin fikirləri dinlənilib.

Yekun rəy qəbul edilərək tikinti üçün ayrılmış ərazinin 25,7 faizində yaşıllıq salınmasına dair icraçı qarşısında tələb qoyulub.

Nazirliyin idarə rəisi onu da bildirib ki, ETSN-yə təqdim olunan bütün ekoloji layihələrə şəffaflığın təmin olunması və ictimaiyyətin məlumatlandırılması məqsədilə yalnız ictimai dinləmələrdən sonra rəy verilir.

Tarix
2020.02.14 / 23:34
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla