Yuxarı

MSK-nın iclasında ilk: Pozuntu ekranda göstərildi... - Qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MSK-nın iclasında ilk: Pozuntu ekranda göstərildi... - Qərar

16:24

MSK-nın hazırda davam edən iclasında 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə namizəd olmuş Samirə Rəfullayevanın şikayətinə baxılıb.

Axar.az xəbər verir ki, məsələ barədə məlumat verən MSK üzvü İlham Məmmədov S.Rəfullayevanın pozuntular səbəbindən dairə üzrə nəticələrin etibarsız sayılmasını xahiş etdiyini bildirib.

Ancaq İlham Məmmədov qeyd edib ki, bu iddialar tam olaraq öz təsdiqini tapmayıb. Yalnız 12, 14, 16 və 18 saylı seçki məntəqələrində səslər etibarsız hesab edilməlidir:

“Bu seçki dairəsi üzrə sosial şəbəkələrdə 4 videogörüntü yayılıb. Araşdırma nəticəsində sevindirici hallar da aşkar edilib. Bu görüntülərdə məntəqə seçki komissiyalarının müsbət işləri də öz əksini tapıb”.

MSK 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə 12, 14, 16 və 18 saylı məntəqələrdə səsvermənin nəticələrinin etibarsız sayılmasına dair qərar qəbul edib.

***

S.Rəfullayeva dairə üzrə 1 saylı məntəqədə də ciddi qanun pozuntularının olduğunu bildirib.

MSK sədri Məzair Pənahov həmin şikayət üzrə videogörüntünün olub-olmadığını soruşub. S.Rəfullayeva belə bir videoya malik olduğunu bildirib.

İclasda 1 saylı məntəqədə baş verən pozuntulara dair görüntü böyük ölçülü televizorda nümayiş etdirilib.

Nəticədə 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə 1 saylı məntəqədə də səsvermənin nəticələri etibarsız sayılıb.

Beləliklə, 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə ümumumilikdə 5 məntəqədə - 1, 12, 14, 16 və 18 saylı məntəqələrdə səsvermənin nəticələri ləğv edilib.

Tarix
2020.02.19 / 16:49
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

Azərbaycanla böhran aradan qalxdı - Şoyqu

Azərbaycan da bunu bizim üçün etdi - Paşinyan

Gənc nəslin bu cür tərbiyə olunması çox vacibdir - Prezident

Vəziyyət o həddə çatmışdı ki, Qarabağda separatçılar...

Geri çəkildik və sülh sazişinin mətni ilə razılaşdıq...

Azərbaycan üçün dəhşətli statistika – Hara gedirik?

Prezident onları qəbul etdi

Bu, Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı

Bakıda mühüm toplantı: Prezidentin müraciəti oxundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla