Yuxarı

Naxçıvan Ali Məclisinə yeni sədr seçiləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvan Ali Məclisinə yeni sədr seçiləcək

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qurumun sessiyasının çağırılması barədə müvafiq qərar imzalayıb.

Axar.az xəbər verir ki, qərara əsasən, altıncı çağırış Naxçıvan Ali Məclisinin birinci sessiyası bu il fevralın 24-də saat 11:00-a təyin olunub.

Sessiyanın gündəliyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin seçilməsi, Ali Məclis Sədrinin müavinlərinin seçilməsi, Ali Məclisinin komitə sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi məsələləri daxil edilib.

İclasda Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsinin icrasının təsdiq edilməsi məsələsinə də baxılacaq.

Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunublar.

Toplantı Naxçıvan şəhərində keçiriləcək.

Tarix
2020.02.22 / 14:01
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana 9 vaqon buğda və 1 vaqon propan göndərildi

Rusiyada həbs edilən Ruslan Məmmədovla bağlı maraqlı fakt

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla