Yuxarı

Başçı oğlunun bıçaqladığı xanımı ağır vəziyyətdədir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Başçı oğlunun bıçaqladığı xanımı ağır vəziyyətdədir

Şuşa Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Nizami Bəhmənovun oğlu Ceyhun Bəhmənovun ölümcül yaraladığı keçmiş həyat yoldaşı bu gün növbəti dəfə əməliyyat olunacaq.

Bu barədə Axar.az-a fevralın 1-də Hüseyn Cavid parkında keçmiş əri tərəfindən qızının gözü qarşısında bıçaqlanan 1982-ci il təvəllüdlü Dilarə Faiq qızı Bəhmənovanın anası Elmira Zeynalova qızının durumu ilə bağlı danışarkən deyib.

E.Zeynalova bildirib ki, bıçaqlanan zaman ağciyəri həddən artıq zədə aldığından növbəti dəfə əməliyyat edilməli olub:

“Bu artıq üçüncü əməliyyatdır. Ağciyəri pis vəziyyətdədir. Ciyərinə qan dolur və laxtalanır. İndi əməliyyata salacaqlar. Həkimlər də bildirir ki, vəziyyəti çox pisdir. Riskli əməliyyat olduğu üçün hər şeyə hazır olmağımızı bildiriblər. Hazırda əməliyyatı gözləyirik”.

E.Zeynalova əlavə edib ki, həkimlər də qızının durumunun nə vaxt düzələ biləcəyi ilə bağlı konkret söz demir:

“Biz soruşuruk ki, necə olacaq, gəzəcəkmi, danışacaqmı? Həkimlər bildirir ki, hələ riskli durumu atlatsın, sonra bu barədə danışarıq. Özünə gəlir və bəzən nə isə demək istəyir. Ancaq danışmaq qabiliyyətini də itirdiyi üçün bir söz deyə bilmir. Sağ hissəsi tamamilə işləmir. Həkim bildirib ki, sağ qalsa, reabilitasi keçdikcə bəlkə sağ qolunu tərpədə bilər. Ancaq bunlar hamısı sonranın işidir. Həkim bildirir ki, bunun üçün illər lazımdır.

Ən böyük problem isə beyindəki şişdir. Zərbələrdən sonra beyində yaranmış şiş çəkilmir. Həkimlər bildirir ki, şiş hələ ki çox böyükdür”.

Xatırladaq ki, Şuşa İcra Hakimiyyətinin sabiq başçısı Nizami Bəhmənovun oğlu, 1981-ci il təvəllüdlü Ceyhun Bəhmənov keçmiş həyat yoldaşı, 1982-ci il təvəllüdlü Dilarə Faiq qızı Bəhmənovanı küçədə bıçaqlamışdı.

Tarix
2020.02.26 / 15:24
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla