Yuxarı

Faktlar: İsgəndər Həmidov buna görə üzr istəmişdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Faktlar: İsgəndər Həmidov buna görə üzr istəmişdi - Video

15:36

Axar.az bu gün vəfat edən Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidovla (1948-2020) bağlı 7 faktı təqdim edir:

1. İ.Həmidov 1988-ci ildə başlayan Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən olub.

2. O, rəsmi dövlət postunda bozqurd işarəsi tutan ilk türk generalı idi.

3. Həmidov 20 Yanvar faciəsindən sonra SSRİ Daxili İşlər naziri Vadim Bakatinə nazirliyin şəxsi heyəti qarşısında “Sənin əlin mənim xalqımın qanına batıb” deyərək salam verməyib.

4. O, 1992-ci ildə Ağdərədə gedən döyüşlərdə yaralanıb. Döyüş zamanı minanın partlaması nəticəsində kürəyindən qəlpə yarası alıb.

5. Sabiq nazir müsahibələrindən birində demişdi:

“Bir dəfə Əbülfəz Elçibəy məni çağırıb dedi ki, eşitmişəm, əməkdaşlarına çox kobud davranırsan. Cavab verdim ki, Əbülfəz bəy, məni qoyun Tofiq Qasımovun yerinə, deyim, “buyurun madam, əyləş ser”.

Mənim kontingentim bunu başa düşmürdü. Ona görə də bəzən sərt olurdum. Amma haqsız yerə kiminsə qəlbini qırmışamsa, üzr istəyirəm”.

6. Sabiq nazir 1995-ci ildə 1992-ci ilin avqust-oktyabr aylarında 701 məhbusu həbsdən azad etmək, “İstiqlal” qəzetinin redaktorunu və əməkdaşını döymək və 400 min ABŞ dollarını mənimsəmək ittihamları ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. 2003-cü ilin dekabrında isə əfv fərmanı ilə azadlığa buraxılıb.

7. Doğulduğu Kəlbəcər rayonu erməni hərbi birləşmələri tərəfindən işğal olunandan sonra İsgəndər Həmidov “daha heç kimə əmr verə bilmərəm, ürəyimə yatmır” deyərək nazir postundan istefa verib.

Qeyd edək ki, İsgəndər Həmidov bu gün uzun sürən xəstəlikdən sonra vəfat edib.

Tarix
2020.02.26 / 17:38
Müəllif
Aqşin
Digər xəbərlər

ABŞ-ın İrana qarşı keçirdiyi əməliyyatın adı... - Foto

Efiopiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Rəsmi Bakıdan xəbərdarlıq: Bu ölkəyə getməyin!

İranda olan Azərbaycan vətəndaşlarına çağırış

Netanyahu İrana qarşı hücumun adını dəyişdirdi

Bayram Beqay Azərbaycana gəlir

PA rəhbəri COP32 prezidenti ilə görüşdü

Efiopiya baş naziri Əliyevə Azərbaycan dilində təşəkkür etdi

Mixay Popşoy Azərbaycana gəlir

Efiopiyanın Baş naziri Səngəçal neft terminalında oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla