Yuxarı

Alimlər Azərbaycan dilinin yeni qrammatikasını yazdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alimlər Azərbaycan dilinin yeni qrammatikasını yazdı

Azərbaycan alimləri Azərbaycan dilinin funksional qrammatikasını yazıblar.

Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin müdiri, alim, yeni qrammatikanın müəlliflərindən biri olan İsmayıl Kazımov Trend-ə bildirib ki, "Azərbaycan dilinin funksional qrammatikası" artıq 4 cildli kitab şəklində çap olunub.

Alimin sözlərinə görə, hazırkı qrammatikalar normativ qrammatikalar adlanır və adi, təsviri qrammatika hesab edilir. Amma dilin funksional qrammatikasında dil vahidlərinin funksional, semantik xüsusiyyətləri öyrənilir: "Dildə 15-ə yaxın funksiya var. Funksional qrammatika da nəzəri qrammatikadır, qrammatikanın bir növüdür. Bu qrammatika dil vahidlərinin hansı vəzifələri, hansı funksiyaları yerinə yetirdiklərini müəyyən edir. Funksional qrammatika qrammatikanın bir növü kimi öyrənilməlidir. Bu, türk dillərində öyrənilməyib. Dilçi alim Fəxrəddin Veysəllinin təşəbbüsü ilə yazılan bu qrammatikanı Azərbaycan dilçiliyində yeni bir istiqamət də saymaq olar".

Qrammatikanın yazılmasında bir çox müəlliflərin iştirak etdiyini deyən İ.Kazımov qeyd edib ki, rus və ingilis dillərinin funksional qrammatikası olsa da, indiyədək Azərbaycan dilinin funksional qrammatikası yox idi.

İnstitutun şöbə müdirinin sözlərinə görə, ali məktəblərdə magistratura səviyyəsi üzrə təhsil alan tələbələr funksional qrammatikanı bir qədər yaxşı başa düşmürlər: "Ona görə də bu qrammatikanın həm bakalavr, həm də magistratura səviyyələrində tədris edilməsi yaxşı olar".

Tarix
2015.02.26 / 16:53
Müəllif
Axar.az
Digər xəbərlər

Zakir Həsənov MDB-nin növbəti iclasında iştirak etdi

Pezeşkian Əliyevə zəng etdi - Təcili

Əli Əsədov Cövdət Yılmazla görüşdü

Andrey Babiş bu tarixdə Azərbaycana gələcək

BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

İlham Əliyev bu türk ölkəsinə gedəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident onları qəbul etdi - Foto

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla