Yuxarı

Əsgərov İrəvanda koronanın sürətli yayılmasından narahatdır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsgərov İrəvanda koronanın sürətli yayılmasından narahatdır

Atam Dilqəm Əsgərovun və onunla birgə qanunsuz olaraq saxlanılan Şahbaz Quliyevin durumuna görə Ermənistanda koronavirusun sürətlə yayılması bizi narahat edir.

Bu sözləri Axar.az-a altı ilə yaxındır erməni girovluğunda qanunsuz olaraq saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib. K.Əsgərov əlavə edib ki, bu virusun həbsxanalarda daha geniş yayılmasına görə narahatlıq yaşayırlar:

“Məhz bu səbəbdən onların girovluqdan azad edilmələrinin bir qədər tezləşdirilməsini istəyərdik. Özünüz də bilirsiniz ki, atam girovluqda olduğu müddətdə çəki itirmiş və tanınmaz dərəcədə arıqlamışdır. Bir müddət hətta səhhətində problem də yaşandı. İndi durumunun necə olduğunu bilmirik. Ümumiyyətlə, onlara necə baxılır, bu haqda da məlumatlı deyilik. Təxminən bir ay qabaq Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları ilə əlaqə saxlamışıq. Girovlarla görüş olduğu təqdirdə komitə bizə dərhal məlumat verir. Komitə də bizim ailənin narahatlığını nəzərə alır. Bu baxımdan komitəyə minnətdarlığımızı bildiririk ki, bizi məlumatsız qoymur”.

K.Əsgərov Dilqəm Əsgərov və Şahbaz Quliyevin tezliklə azad ediləcəyinə inandığını bildirib:

“Atam Dilqəm Əsgərovun və Şahbaz Quliyevin artıq 6 ildən çoxdur Ermənistanda girovluqda saxlanılması ölkə Prezidenti cənab İlham Əliyevin daim diqqətindədir. Ömürlük həbs cəzası verilən Ramil Səfərovu həbsdən azad edərək ölkəyə gətirən Prezidentimizin tezliklə atam Dilqəm Əsgərovla dostu Şahbaz Quliyevi də girovluqdan azad edəcəyinə inanırıq”.

Tarix
2020.03.25 / 16:37
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Tiflis körpüsü bayrağımızın rəngləri ilə işıqlandırıldı - Foto

XİN Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

İlham Əliyevin Müstəqillik Günü ilə bağlı paylaşımı - Foto

Əli Nağıyev MDB iclasında iştirak etdi

Bakı metrosu genişləndirilir: 10 yeni stansiya tikiləcək...

Mustafayev Rusiya müdafiə nazirinin müavini ilə görüşdü

Azərbaycanda benzin bahalaşa bilər

Zelenskidən İlham Əliyevə: İnanıram ki, bundan sonra...

Azərbaycanla Gürcüstanın dostluğu güclənir - Kavelaşvili

Paşinyan açıqladı: Ən geci bir ay ərzində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla