Yuxarı

YAP-ın 550 könüllüsü aksiyaya qoşuldu - Əhmədov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
YAP-ın 550 könüllüsü aksiyaya qoşuldu - Əhmədov

Bütün səylərimizi birləşdirərək, Azərbaycan Prezidentinin çağırışına qoşularaq, həmrəylik nümayiş etdirərək, bütün dünyanı lərzəyə salan və bütün ölkələrin cəmiyyətlərini ciddi şəkildə narahat edən koronavirus bəlasından Azərbaycanın ən az itkilərlə çıxmasına öz dəstəyimizi verəcəyik.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, YAP-ın sədr müavini - İcra katibi Əli Əhmədov deyib.

“Prezident İlham Əliyev karantin rejimi ilə əlaqədar köməyə və dəstəyə ehtiyacı olan vətəndaşlara yardım etmək məqsədilə könüllülərin xidmətinin fəallaşmasının vacib olduğu fikrini söyləyib. Yeni Azərbaycan Partiyasının könüllüləri də ölkə başçısının bu çağırışına qoşularaq, aksiyaların həyata keçirilməsində iştirak edirlər. Diqqətinizə çatdırmaq istəyirəm ki, YAP könüllüləri artıq bir neçə gündür ahıl, köməyə və dəstəyə ehtiyacı olan, tənha yaşayan insanlara qoruyucu vasitələrin çatdırılması ilə əlaqədar aksiya keçirib. Bu günə qədər 2500 insana bu yardımlar çatdırılıb. Bu aksiyalar bundan sonra da davam etdiriləcək. Məqsəd isə ondan ibarətdir ki, ehtiyacı olan, lakin həmin vasitələri almaq üçün çölə çıxmaq imkanı olmayan şəxslərə koronavirusdan mübarizə üçün vasitələri çatdırmaqdır.

Könüllülər vasitəsilə həyata keçirdiyimiz digər aksiya karantin rejimi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ilə birgə ahıl, yaşlı və tənha yaşayan insanlara dəstəkdir. Bu aksiyada YAP-ın Bakı şəhəri üzrə 200-dən çox, bütövlükdə Azərbaycan üzrə 550-dən çox könüllüsü səfərbər olub”, - deyə Ə. Əhmədov vurğulayıb.

Tarix
2020.03.26 / 14:27
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Sülh Şurasında təsisçi dövlət olur: Nə qazanacaq?

İlham Əliyev Rassel Hardi ilə görüşdü

Naxçıvan dəmir yolu xəttinin bərpasına dəstəyə hazırıq - Kos

Azərbaycan sayəsində daha bir məhsul ucuzlaşdı - Paşinyan

İlham Əliyev Davosda panel iclasda iştirak etdi

Azərbaycan və ABŞ arasında Strateji İşçi Qrupunun iclası oldu

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı Astanadan açıqlama

2025-in ən güclü orduları: Azərbaycanın yeri... - Siyahı

Dəniz Əsədovadan məhkəmədə gözlənilməz açıqlama

İcra başçısı əmr imzaladı: Kütləvi kadr dəyişiklikləri aparıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla