Yuxarı

Qaradağda dezinfeksiya işləri aparılır - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qaradağda dezinfeksiya işləri aparılır - Video

Dünyada koronavirus (COVID-19) infeksiyasının əhatə dairəsinin və coğrafiyasının genişlənməsinin müşahidə olunduğu dövrdə Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi dövlət başçısının diqqət mərkəzindədir.

Axar.az Real TV-yə istinadla xəbər verir ki, Qaradağ rayonunda koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə martın 19-da Qaradağ Rayon İcra Hakimiyyətində Koronavirusla mübarizə qərargahı yaradılıb.

Bundan əlavə, Qaradağ rayonunda koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə ticarət, turizm, ictimai iaşə və s. sahələrdə xüsusi iş rejimləri tətbiq olunub və əhalinin sosial izolyasiya tədbirlərinə əməl etmələri üçün müvafiq addımlar atılıb.

Koronavirusa yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə 984 yaşayış binasında, bu binaların qarşısında olan 75 min kvadratmetr, binalardakı ümumi istifadə yerlərində, 40 min kvadratmetr giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinələri və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, piyada keçidlərində, dükanların qarşısında, ümumi sahəsi 25 min kvadratmetr olan parklarda, dayanacaqlarda və digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri aparılır.

Həmçinin gündəlik olaraq məhəllələrdə oturacaqlar, idman qurğuları, söhbətgahlar, uşaq meydançalarında, məişət tullantılarının atıldığı konteyner meydançalarında da dərmanlanma işləri aparılır. Ümumi sahəsi 250 min kvadratmetr olan küçə və prospektlər xüsusi olaraq dezinfeksiya məhlulları ilə gündəlik yuyulur.

Tarix
2020.03.26 / 23:02
Müəllif
Axar.az
Digər xəbərlər

Bayrama görə verilən pul kimə, necə veriləcək? - Dəqiq izah

Vardanyanın vəkili Qərb mediasında bu təbliğatı aparır

Şuşaya hücum hazırlayan məsul şəxsin adı açıqlandı

Azərbaycan benzinini alan erməni oliqarx kimdir?

Taleh Ziyadov bu federasiyanın prezidenti seçildi

Bəxtiyar Vahabzadənin övladları İlham Əliyevə məktub yazdı

Ceyhun Bayramov Ərgüc Kələntərli ilə görüşdü

Liderlər İlham Əliyevi təbrik edir

Vardanyanın Bakıdan İrəvana zəngi: Oğluna nələr dedi...

Ceyhun Rəhmanova MOK-da yeni vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla