Yuxarı

Ölkədə qorxulu virusa çevrilənlər...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya koronavirus pandemiyası ilə mübarizə aparır. Bir sıra ölkələr böyük fəlakətlə üzləşdiyini etiraf etmək zorundadır, digərləri isə onu müharibə ilə müqayisə edir.

Hökumətlərin iş qrafiki, cəmiyyətin həyat tərzi kökündən dəyişib. Bütün güclər epidemiyanın yayılmasının qarşısının alınmasına səfərbər edilib. Hər yerdə həmrəylik çağırışları ön plana keçib, hamı ümumi bəlaya qarşı birləşib. Başqa cür ola bilməz və olmamalıdır. Söhbət insanların sağlamlığından, əslində isə milli təhlükəsizlikdən gedir. Siyasi maraqlar və təbliğat aktuallığını, əslində isə mənasını itirib. BMT Baş katibi hətta tərəfləri hərbi münaqişələrin dayandırılmasına çağırıb.

İndiki dövrdə siyasi maraqlar güdülməsinin, siyasi dividentlər qazanmağa cəhd göstərilməsinin yeri deyil. Ancaq etiraf edim ki, bu çox zəif ifadə oldu. Əslində, pandemiya üzündən daha böyük fəlakət yaşamamaq naminə dövlətin, hökumətin, cəmiyyətin hər bir üzvünün birləşməsinin həyati vacib vəzifə sayıldığı bir zamanda siyasi maraqlar güdülməsi bağışlanmaz günah, bəlkə də cinayət olardı. Elə bu səbəbdən də bütün ölkələrdə siyasi iddialar və planlar kənara qoyulub, onları milli birlik, həmrəylik, bir-birinə kömək olmaq kimi dəyərlər əvəzləyib. Pandemiya başlayana qədər dünyanın aparıcı xəbər agentlikləri və TV kanallarında adət etdiyimiz siyasi xəbərlərə artıq rast gəlmək mümkün deyil. Tərəzinin gözündə insanların taleyi kimi ən yüksək dəyər var.

Belə bir şəraitdə kiminsə, hansısa siyasətçinin və ya partiyanın siyasi divident qazanmaq xəyalına düşməsini təsəvvürə gətirilə bilinməyəcək dərəcədə qeyri-realdır. Ayrı-ayrı ölkələrdə seçkilərin, referendumların keçirilməsi təxirə salındığı halda hansı siyasi mübarizədən söhbət gedə bilər?

Nə qədər qəribə, inanılmaz olsa da, bir istisna var. Azərbaycanın radikal müxalifəti bütün mənəvi dəyərləri, insani keyfiyyətləri ayaqları altına alaraq pandemiyanın yaratdığı məlum şəraitdən özünün siyasi təbliğatı baxımından istifadə etmək kimi rəzalətə əl atmaqdan belə çəkinmir. Hətta indi onlar daha da fəallaşıblar, aranı qarışdırmaq ümidi ilə bütün güclərini səfərbər edirlər. İş o yerə çatıb ki, antiazərbaycan təbliğatına daha çox insan qoşmaq naminə 500 avro məbləğində mükafat da təsis ediblər. Pul isə həmişə olduğu kimi, Azərbaycana düşmən olan və ölkəmizə qarşı təxribatları maliyyələşdirən dairələr tərəfindən ödənəcək. Təsəvvür edirsinizmi, bütün xalq, hər bir vətəndaş Koronavirusla Mübarizəyə Dəstək Fonduna imkanı daxilində vəsait köçürdüyü halda, xaricdə xüsusi xidmət orqanlarının çətiri altına sığınıb antiazərbaycan təbliğatı aparan radikal müxalifətçilər ölkəmizə qarşı təbliğat aparanların sıralarını genişləndirmək üçün ciddi məbləğdə mükafat təsis edir. Bu insanlar daha nə etməlidirlər ki, onlar Azərbaycanın düşməni, vətən xaini adlandırılsınlar?!

Biz əvvəllər radikalçıların hərəkət və davranışlarında antiazərbaycan meyllərinin üstünlük təşkil etdiyini deyəndə, bəlkə sadə vətəndaşlardan kimlərsə bu dəyərləndirməni qəbul etməkdə tərəddüd göstərirdi. Doğrusu, belə vətəndaşların çox olduğuna heç vaxt inanmamışam. Ancaq indi dövlət, hökumət və bütünlükdə cəmiyyət insanların sağlamlığı naminə bütün səylərini birləşdirdiyi məqamda xəyanətkarcasına antiazərbaycan təbliğatı aparanların hərəkətlərinin birmənalı olaraq ümumxalq nifrəti yaratdığına heç bir şübhəm yoxdur. Artıq onların bütün maskaları yırtılıb, əsl antiazərbaycan sifətləri bütün çılpaqlığı və eybəcərliyi ilə görünməyə başlayıb. Belə olmasaydı, hər bir azərbaycanlının sağlamlığı naminə sözün həqiqi mənasında mübarizə apardığı, hökumətin bütün səylərini bu vacib və həyati əhəmiyyət kəsb edən vəzifənin yerinə yetirilməsinə səfərbər edildiyi anlarda şayiə, yalan, iftiralarla insanlarda təşviş yaratmağa, dövlətə inamsızlıq təbliğ etməyə çalışmaz, açıq-aşkar təxribat xarakterli çağırışlar etməzdilər.

Radikal müxalifət nümayəndələrinin ölkədə koronavirus epidemiyasının qarşısının alınması üçün xüsusi rejimin mövcud olduğu həssas məqamda xəyanətkarcasına maraqlı xarici dairələrin təhriki ilə antiazərbaycan təbliğatının daha da azğınlaşmasından sonra bundan əvvəlki yazımda qeyd etdiyim fikirləri təkrar etmək istəyirəm: Həqiqətən də radikal müxalifət nümayəndələri mutasiya edərək qorxulu virusa çevriliblər. Bu səbəbdən cəmiyyətin koronavirus epidemiyası ilə yanaşı, radikal müxalifət virusuna qarşı birləşməsi və qəti mübarizə aparması həyati əhəmiyyət kəsb etməyə başlayıb.

Tarix
2020.03.28 / 00:49
Müəllif
Əli Əhmədov
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla