Yuxarı

103-ə müraciət etməkdən çəkinən vətəndaşların - Diqqətinə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
103-ə müraciət etməkdən çəkinən vətəndaşların - Diqqətinə

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) karantinə aparılacaqlarını zənn edib qurumun zəng xidmətlərinə müraciət etməkdən çəkinən vətəndaşlara müraciət edib.

Axar.az xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

"Bu, qaynar xətlərimizə gələn zənglər vasitəsilə bizə çatır. Vətəndaşlarımız 103 və 113 zəng xidmətinə müraciətdən çəkinirlər. Vətəndaşlar düşünürlər ki, müraciət etsək, bizi karantinə aparacaqlar. Bu, əsla belə deyil. Normal müxtəlif xəstəliyi olanlar bura zəng edə bilərlər, çünki biz paralel olaraq adi günlərdəki kimi onlara xidməti davam etdiririk.

Eyni zamanda yuxarı tənəffüs yolu simptomu olan şəxslər qaynar xəttə zəng etməlidirlər. Ona görə də müraciət etməkdən çəkinməsinlər. Vətəndaş müraciət edərsə, həkimlərimiz gedir və şübhəli hal varsa, onlardan müayinə materialı götürür. Analiz cavabı isə 1-2 gün ərzində deyilir. Əgər pozitiv çıxsa, onlar xüsusi rejimli xəstəxanalara yerləşdirilir. Əgər neqativ çıxsa, onlar tam rahat ola biləcəklər", - R.Bayramlı söyləyib.

Tarix
2020.03.29 / 01:22
Müəllif
Axar.az
Digər xəbərlər

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla