Yuxarı

Klinikalarda lisenziya özbaşınalığı - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyinin cəzalandırdığı özəl klinikalar lisenziya məsələsini aktuallaşdırıb. Axar.az xəbər verir ki, Azərbaycanda tibb müəssisələrinə verilən lisenziyanın ləğv olunması prosesinin daha da sadələşdirilməsi və dəqiqləşdirilməsi ilə bağlı qanun layihəsi hazırlanıb.

Qanunları pozan özəl tibb müəssisələrinin lisenziyalarının ləğv olunmasında müəyyən problemlər yaranır. Ona görə də bundan sonra onlara verilən lisenziyanın ləğv olunması prosesi sadələşdiriləcək.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli də Trend-ə deyib ki, bəzi tibb müəssisələri onlara yaradılan şəraitdən sui-istifadə edərək qanunları ciddi şəkildə pozurlar:

"Yəni müəssisə hansı sahə üzrə lisenziya alıbsa, o sahə üzrə də fəaliyyət göstərməlidir. Bir də görürsən ki, stomatologiya üzrə lisenziya alıb, amma abortla məşğuldurlar".

H.Rəcəbli qeyd edib ki, eyni zamanda xaricdən Azərbaycana gələn həkimlərə də ciddi nəzarət olunur.

Xatırladaq ki, belə pozuntulara yol verdiklərinə görə "Bioloji Təbabət" MMC, İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "İdeal Tibb Şirkəti" MMC və "Diaqnoz Tibb Şirkəti" MMC şirkətləri barəsində mövcud qanunvericiliyə və İnzibati Xətalar Məcəlləsinin müvafıq maddəsinə uyğun olaraq cəza növü kimi inzibati-məcburedici tədbirlər görülüb.

Tarix
2015.03.05 / 20:20
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Netanyahu və Ərdoğan Bakıya gəlir – İrəvandan baxış

"Azərsun Holdinq”in yeni sədri bəlli oldu

Mnatsakanyan təsdiqlədi: "Ordunun komandanı" olub

Rustavidə saxlanılan İŞİD üzvü Azərbaycan vətəndaşıdır

Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə görüşdü

Əmlakın müsadirəsi ilə bağlı yeni qərar

Balayanın 1991-ci ildə istintaqa ifadəsi: hücum edənlər...

Ağacları kütləvi şəkildə kəsənlər vəzifəli şəxslər imiş

Pənahov ABŞ-da 2 milyonluq villanı hansı pulla alıb?

Başçı bir ərazini iki şəxsə satdı, məhkəməni isə saymırlar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla