Yuxarı

Nazirlikdən əhaliyə möhtəşəm dəstək proqramı - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlikdən əhaliyə möhtəşəm dəstək proqramı - Siyahı

Prezident İlham Əliyevin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamına əsasən, iqtisadiyyatin müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlar hazırlanıb. Bu sənədlərin mahiyyəti martın 31-də Prezident İlham Əliyevə məruzə edilib.

Axar.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi bu proqramların əsas istiqamətləri, əhatə dairəsi, iqtisadi artıma və sahibkarlığa əsas dəstək alətlərini özündə ehtiva edən baza sənədi ictimaiyyətə təqdim edib.

Mündəricat

1. Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan 304 min muzdlu işçilərin əməkhaqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı (iş yerlərinin azaldılmaması məqsədilə).

2. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 292 min fərdi (mikro) sahibkara maliyyə dəstəyi proqramı (iş yerlərinin qorunması məqsədilə).

3. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları və tətilləri proqramı.

4. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni verilən bank kreditləri üzrə kredit-zəmanət dəstəyi proqramı (0,5 milyard manat).

5. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit-zəmanət dəstəyi proqramı (1,0 milyard manat).

6. Əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket.

7. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı.

8. İpoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi proqramı.

9. Əhalinin elektrik enerjisinin istehlakı üzrə kommunal ödənişlərə dəstək proqramı.

10. Həyati vacib sərnişindaşıma fəaliyyəti sahələrinə dəstək proqramı.

ƏTRAFLI BURADA

Tarix
2020.04.01 / 13:58
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

Bu ölkələrin XİN-ləri Azərbaycanı təbrik etdi

Müharibələr Azərbaycanın yan-yörəsini əhatə edib

Əzab-əziyyətə baxmayaraq, Azərbaycan xalqı əyilmədi

Əsl müstəqillik o vaxt olur ki... – İlham Əliyev

Dünya liderləri İlham Əliyevi təbrik edir

Prezident Böyük Qaladərəsi kəndində sakinlərlə görüşdü

İlham Əliyev Xankəndidəki Zəfər parkında - Foto

İlham Əliyev Xocalıda bu MMC-nin açılşında iştirak etdi

AXC-nin 1 yaşı necə keçib? - Əli Yusifin 1919-ci il yazısı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla