Yuxarı

Bakıda yollar boşaldı, avtoşluq başladı – Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda yollar boşaldı, avtoşluq başladı – Ekspert

Karantin günlərində sürücülərin xüsusilə təhlükəsizlik kəmərindən istifadə etmədiklərini görürük. Həmçinin avtomobil idarə edərkən mobil telefondan istifadə edənlərin də sayı çoxalıb.

Bu sözləri Axar.az-a açıqlamasında yol-nəqliyyat eksperti Elməddin Muradlı karantin günlərində yollardakı vəziyyətlə bağlı danışarkən deyib. Ekspert bildirib ki, son günlər paytaxt yollarında seyrəklik müşahidə edilsə də, bu, yol-nəqliyyat hadisələrinin azalmasına səbəb olmayıb:

“Dünən Xəzər rayonunda dəhşətli qəza baş verib. Yollar boş, avtomobil sayı az olmasına baxmayaraq, qəza zamanı maşın parça-parça olub. 6 aprel tarixində də Bakıda iki qadını ayrı-ayrı yerlərdə avtomobil vurmuşdu. Rayonlarda da demək olar ki, vəziyyət eynidir: yenə də ağır qəzalar baş verir. Hətta Cəlilabadda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub. Təəssüf ki, yol qəzalarının sayında azalma müşahidə edilmir”.

E.Muradlı deyib ki, qəzaların artması bəzi sürücülərin yollardakı seyrəklikdən sui-istifadə etməsindən irəli gəlir:

“Bir çoxunda arxayınlıq yaranıb ki, yollar boşdur, sürətli sürmək olar. Bəzi sürücülər isə xüsusilə axşam saatlarında yollardakı boşluqdan istifadə edərək, sürət həddini aşır və bu da qəzalara səbəb olur. Bir çoxları hətta belə məqamlarda yol nişanlarına əhəmiyyət vermir, işıqforun tələbini pozur".

Ekspertin sözlərinə görə, karantinin ilk günlərində demək olar ki, qəza olmurdu:

“Ümumiyyətlə, elə günlər oldu ki, heç bir qəza baş vermədi. Ancaq son günlər əvvəlki kimi ağır qəzalar yaşanır. Bəzən gün ərzində 2-3 nəfərin ölümü ilə nəticələnən hadisə baş verir”.

Ekspert bildirib ki, hətta bəzi sürücülər yollardakı seyrəklikdən istifadə edərək, avtoxuliqanlıq da edirlər:

“Bu isə daha təhlükəli qəzalara zəmin yaradır. Sürücülər də, piyadalar da diqqətli olmalıdırlar. Yollardakı seyrəkliyə arxayın olub qanunsuz şəkildə hərəkət etməməlidirlər".

Tarix
2020.04.09 / 22:54
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla