Yuxarı

Bakının bu addımı İtaliyaya səs saldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanın COVİD-19 virusunun geniş yayıldığı ölkələrlə həmrəyliyinin ifadəsi olaraq Heydər Əliyev Mərkəzinin binası üzərinə İtaliyanın bayrağının videoproyeksiyası İtaliya mətbuatında böyük maraqla qarşılanıb.

Heydər Əliyev Fondundan Axar.az-a verilən məlumata görə, İtaliyanın nüfuzlu "İl Giornale", "Askanews", "İl Sole 24 Ore", "İl Tempo", "Libero Quotidiano", "Agenzia Nova", "Si Viaggia", "Today.it", "Notizie Tiscali", "Quotidiano", "Yahoo Finanza", "Yahoo Notizie", "Notizie Geopolitiche", "Virgilio", TPI, "Corriere dell’Umbria", "Corriere di Siena", "Corriere di Arezzo", "Corriere di Viterbo", "Corriere di Rieti" və sair kimi 20-dən çox KİV-i video-çarxla bağlı məlumatlar dərc edib və videoreportajlar yayımlayıblar. İtaliyanın "Telecaprinews" və "Caprievent" televizya kanallarında efirə çıxan proqramlarda da bu mövzu ilə bağlı xüsusi reportaj hazırlanıb. 12 aprel tarixində hər iki kanalda ilk dəfə nümayiş etdirilən bu reportaj 14 və 15 aprel tarixlərində təkrarən göstəriləcəkdir.

Məlumatlarda Cakomo Puççininin “Nessun Dorma” əsərinin səsləndirildiyi Bakı Media Mərkəzinin video-çarxından sonra Heydər Əliyev Fondunun təşəbbüsü ilə 8 aprel tarixində paytaxt Bakıda eyni adlı ariyanın sədaları altında Heydər Əliyev Mərkəzinin İtaliya bayrağının rənglərində işıqlandırılması ilə Azərbaycanın İtaliyaya COVİD-19 virusunun yayılmasına qarşı apardığı mübarizədə öz həmrəyliyini bir daha nümayiş etdirdiyi bildirilib.

Yazılarda Heydər Əliyev Fondunun illərdir Azərbaycan mədəniyyətinin dünyada tanıdılması və beynəlxalq mədəni əməkdaşlıq layihələrinin reallaşdırılması üçün çalışdığı, o cümlədən İtaliya və Azərbaycan arasında mədəni əməkdaşlıq münasibətlərində xüsusi rola malik olduğu və İtaliyada hər şeydən öncə dərin dostluqla xarakterizə olunan çoxsaylı və mühüm təşəbbüslər həyata keçirdiyi vurğulanıb.

İtaliya bayrağının işıqlandırılması üçün məhz Azərbaycan paytaxtının əsas memarlıq rəmzlərindən biri olan Heydər Əliyev Mərkəzinin seçilməsinin isə mühüm vizual əhəmiyyət daşıdığı və geniş ağ və dalğavari səthləri olan Heydər Əliyev Mərkəzinin İtaliya bayrağını füsunkarlıqla nümayiş etdirdiyi diqqətə çatdırılıb. Bu təşəbbüsün Azərbaycan və İtaliyanın bir-birinə strateji tərəfdaşlıq münasibətləri ilə yanaşı, səmimi və sıx dostluqla bağlandığını təsdiq etdiyi qeyd olunub.

Məlumatlarda, eləcə də Heydər Əliyev Mərkəzinin layihəsinin müəllifi memar məşhur Zaha Hadid olduğu, həmin memarın Romada yerləşən XXI Əsr İncəsənəti Milli Muzeyinin (MAXXI) də müəllifi olduğu xatırlanıb.

Heydər Əliyev Mərkəzinin binası üzərində İtaliyanın bayrağının videoproyeksiyası ilə bağlı hazırlanmış video çarx sosial media üzərindən İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi, çoxsaylı tanınmış simalar, sadə vətəndaşlar tərəfindən paylaşılararaq Azərbaycanın İtaliya xalqı ilə bu çətin günlərdə həmrəyliyinə görə yüksək qiymətləndirilib.

Tarix
2020.04.12 / 18:14
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp istədi, AB əməl edir: Rusiyadan idxal dayandırılır...

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla