Yuxarı

“Nar” bu abituriyentləri mükafatlandırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nar” bu abituriyentləri mükafatlandırdı

Ölkənin sərfəli mobil operatoru “Nar” gənclərin təhsil və inkişafına yönəlmiş uzunmüddətli təşəbbüslərini davam etdirir.

Mobil operator 2025-2026-cı tədris ilində ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərən beş abituriyenti mükafatlandırıb. Modern.az İnformasiya Agentliyinin tərəfdaşlığı ilə reallaşan təşəbbüs çərçivəsində tələbə adını qazanan gənclərə “Nar”dan qızıl nömrə, 700 AZN balans və yeni nəsil planşet təqdim olunub.

“Nar”ın baş icraçı direktoru Özgür Genç tədbirdə çıxış edərək yüksək nəticə göstərən gəncləri təbrik edib və onlara gələcək təhsil həyatlarında uğurlar arzulayıb: “Bu gün qazandığınız nəticə böyük zəhmət və əzmin göstəricisidir. İnanıram ki, əldə etdiyiniz uğur universitet həyatınızda da yeni hədəflərə doğru inamla irəliləməyiniz üçün möhkəm təməl olacaq. “Nar” olaraq, gənclərin təhsil və inkişaf yolunda onları dəstəkləməyi və uğurlarını dəyərləndirməyi vacib hesab edirik”.

Qeyd edək ki, “Nar” artıq 10 ildir, yüksək nəticə göstərən abituriyentlərin uğurunu xüsusi hədiyyələrlə qeyd edir. Bu ənənə mobil operatorun təhsilə və gənclərin gələcək inkişafına verdiyi önəmin göstəricilərindən biridir. “Nar”ın dəstəyi ilə təhsilin inkişafına yönəlmiş sosial layihələr haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

Tarix
2026.09.29 / 17:14
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla