Yuxarı

Bütün avtobuslarda sürücülər “izolyasiya” edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bütün avtobuslarda sürücülər “izolyasiya” edilir

Avtobus sürücülərini infeksiya riskindən qorumaq üçün bütün avtobuslarda sərnişinlərlə sürücülər arasına şəffaf arakəsmə vurulacaq.

Bu sözləri Axar.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.

BNA sözçüsü qeyd edib ki, taksilərdə olduğu kimi, avtobuslarda da sürücülərlə sərnişinlər arasında arakəsmə qoyulacaq:

“Bu, sürücü ilə sərnişin təmasını sıfıra endirmək üçündür. Avtobus sürücüləri risk altındadır. Gün ərzində avtobusa yüzlərlə sərnişin daxil olur. Məhz bunu nəzərə alaraq belə bir tapşırıq verilib və artıq tətbiqinə başlanılıb”.

Qeyd edək ki, artıq taksilərdə sərnişinlərə arxa oturacaqda oturmaq xahiş edilir və arxa oturacaqlarla ön oturacaqlar arasında arakəsmələr quraşdırılır.

Tarix
2020.04.13 / 12:47
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla