Yuxarı

Azərbaycanda sərnişin daşımalarda kəskin azalma

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda sərnişin daşımalarda kəskin azalma

2020-ci ilin yanvar-mart aylarında Azərbaycanda nəqliyyatçılar 440,6 milyon nəfərə və ya 2019-cu ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz az sərnişinə xidmət göstəriblər.

Axar.az xəbər verir ki, sərnişinlərin 88,1 faizi avtomobil nəqliyyatı, 11,5 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Dəmir yolu nəqliyyatı ilə 2020-ci ilin yanvar-mart ayları ərzində 1 milyon 77 min sərnişin daşınıb, 2019-cu ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 50,1 faiz artım müşahidə olunub.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 388,3 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz azalma qeydə alınıb. Sərnişinlərin 96,3 faizi avtobus, 3,7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi isə 3,9 faiz azalıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 8,6 faiz azalaraq 50,9 milyon nəfər olub. Hava nəqliyyatı ilə 437,2 min və ya 8,5 faiz az sərnişin daşınıb.

Tarix
2020.04.20 / 22:51
Müəllif
Axar.az
Digər xəbərlər

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla