Yuxarı

Ölkədə internet bu səbəbdən çökdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkədə internet bu səbəbdən çökdü

18:20

Ölkənin internet təchizatında yaranan problem "Delta Telekom"un 2-ci əsas mərkəzi, ATS-66-da yerləşən Mərkəzi ilə "Delta Telekom"un əsas mərkəzini birləşdirən fiber-optik xətlərdə (Heydər Əliyev Mərkəzi qarşısında) zədələnmələr səbəbindən baş verib.

Axar.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib. O bildirib ki, "Delta Telekom"un ölkədaxili şəbəkəsində yaranan qəza ilə əlaqəli bir sıra provayderlərdə və iri şirkətlərin internet təchizatında internet bağlantısı kəsilib:

"Bu qəzanın kimlərsə tərəfindən xəbərdarlıq edilmədən aparılan qazıntı işləri zamanı baş verdiyi bildirilir. Bunun nəticəsində "Delta"nın 2-ci əsas mərkəzində yerləşən resurslarda problem yaranıb. "Delta" mövcud alternativləri işə salsa da, son zamanlar ölkədə internet trafikin həcmi bir neçə dəfə artdığından, mövcud resurslar və alternativlər tələbatı tam ödəyə bilməyib. Beləliklə də yalnız "Delta Telekom"dan internet alan provayderlər və iri şirkətlərdə, dövlət qurumlarında problemlər yaranıb. Eyni zamanda "Delta"dan internet alan 2-ci səviyyəli provayderlərin də alternativlər üzərindən bağlantıları olmadığından, yalnız bir xətt üzərində oturduğundan, bu cür provayderlərdə ümumiyyətlə internet tam kəsilib. Hazırda "Delta Telekom"da qəzanın aradan qaldırılması, internetin dayanıqlığının təmin olunması istiqamətində işlər aparılır".

O.Gündüzun sözlərinə görə, baş verənlər bir daha göstərir ki, ölkədə dayanıqlı informasiya infrastrukturunun formalaşdırılması, kəsilməz və keyfiyyətli internet bağlantısı sahəsində son illərdə bir xeyli işlər görülsə də, problemlər hələ də qalmaqdadır:

"Bu tip hadisələr eyni zamanda ölkənin informasiya təhlükəsizliyi üçün də təhdiddir. Ölkənin əsas internet təchizatçısı olan "Delta Telekom" istənilən şəraitdə dayanıqlı olan, tələbatı ödəyə biləcək alternativlərin yaradılmasına diqqət yetirməlidir. Düşünürəm ki, cavabdeh dövlət qurumları və "backbone" provayderlər ölkədə istənilən şəraitdə dayanıqlı olan, alternativlər üzərində qurulan infrastrukturun formalaşmasına diqqət yetirməlidir.

NRYTN və magistral provayderlər 2-ci səviyyəli provayderlər qarşısında alernativ kanalların olmasını məcburi şərt olaraq irəli sürməlidir".

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova isə bildirib ki, quruma ölkə üzrə internetin olmaması ilə bağlı vətəndaşlar tərəfindən kütləvi müraciət daxil olmayıb:

“Karantin dövründə nəzərə alsaq ki, çox insan evindədir, şirkətlər onlayn fəaliyyət göstərir, dərslər onlayn qaydada keçirilir və hətta mediada da televiziyalar müvafiq proqramlardan istifadə etməklə dünyanın bir çox ölkələri ilə əlaqə saxlayırlar, bu zaman geniş zolaqlı şəbəkədə artımın müşahidə olunması normaldır. Biz də nazirlik olaraq bunu müşahidə edirik. Məhz bu səbəbdən mütəxəssislər istifadəçilərin fasiləsiz və sürətli internetə çıxışını təmin etmək məqsədi ilə, demək olar ki, şəbəkənin təkmilləşdirilməsi istiqamətində gündəlik profilaktik tədbirlər həyata keçirirlər”.

Qeyd edək ki, bu gün günorta saatlarında ölkədə 2 saata yaxın internetlə bağlı problem olub.

Tarix
2020.04.21 / 18:52
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Leyla Əliyeva Şamaxı sakinlərinin qonağı oldu - Video

Gizir Xanıya şəhidlik statusu verildi

Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video

Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi

Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq

Ermənistan sülhlə bağlı səmimi görünmür

Ərdoğan Naxçıvan sazişindən danışdı: Dönüş nöqtəsi...

AB iki Azərbaycan vətəndaşına sanksiya tətbiq etdi

Vətən müharibəsi zamanı Türkiyəni bunda ittiham edirdilər

Vaxt bitdi: Gültəkin Hacıbəyli deport edilmir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla