Yuxarı

VÖEN-i olub, 190 manat almaq istəyənlərin nəzərinə!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
VÖEN-i olub, 190 manat almaq istəyənlərin nəzərinə!

190 manatlıq müavinətdən bəhrələnmək istəyən vətəndaşlar adlarına olan VÖEN-i ləğv etdirməlidirlər.

Axar.az xəbər verir ki, bunu Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov İTV-də yayımlanan "Diqqət mərkəzi” verilişində deyib:

"10 minlərlə vətəndaş var ki, əmək müqavilələri, VÖEN-ləri olub. Hətta bəzi hallarda azyaşlı uşaqlarının adına da müraciətlər olub.

Bu sistem də kontingentin sayını nəzərə alaraq kompüterin üzərindən aparılır. Sistemlər Vergilər Nazirliyi və digər qurumların altsistemləri ilə inteqrasiya olub. Ona görə vacibdir ki, vətəndaşlarımız əgər öz VÖEN-lərindən istifadə etmirlərsə, yaxud qısa müddətlik hər hansı məqsəd üçün onlara lazım olub və indi istifadə etmirlərsə, onlar bizə kömək etsinlər. Müraciət edib qısa müddətdə o sistemlərdə VÖEN-lərini ləğv etdirsinlər, bağlatdırsınlar. Bu müavinətdən bəhrələnmək istəyirlərsə, mütləq müraciət edərək o VÖEN-lərə xitam versinlər”.

A.Kərimov bildirib ki, VÖEN-i ləğv edilən vətəndaş 190 manat müavinət üçün yenidən müraciət edə bilər:

"Vətəndaşlar artıq 190 manat üçün müraciət edib, sonra adlarına VÖEN olduğunu biliblərsə, yenidən müraciət edə bilərlər. Sadəcə bilməlidirlər ki, növbəlilik qaydasında onlar əvvəlki növbələrini deyil, yeni növbə yeri alaraq yenidən bir az gözləməlidir ki, onların müraciətləri təhlil olunsun.

VÖEN ləğv edildikdən sonra vətəndaşın hər bir müraciəti yeni müraciət kimi baxılacaq və və altsistemlərdə yenidən yoxlanacaq. Məlumat əgər dəyişdirilibsə, meyar artıq müsbətdirsə, müraciətin də cavabı ümumilikdə müsbət olacaq”.

Tarix
2020.04.21 / 22:03
Müəllif
Axar.az
Digər xəbərlər

İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...

İlham Əliyev sabiq prezidentə başsağlığı verdi

Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...

İlham Əliyev İsveçrə prezidentinə başsağlığı verdi

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Azərbaycan İsveçrəyə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla