Yuxarı

Komitə üzvləri 4 mühüm qanunu onlayn müzakirə etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Komitə üzvləri 4 mühüm qanunu onlayn müzakirə etdi

Aprelin 21-də Milli Məclisin Mədəniyyət komitəsinin növbəti onlayn iclası keçirilib.

Axar.az xəbər verir ki, iclasda 4 məsələyə baxılıb.

Öncə Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deputatlara ikinci oxunuşda müzakirəyə təqdim olunmuş qanun layihələri barədə məlumat verib. Bildirib ki, “Milli Məclisin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadə qaydaları haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlarda dəyişiklik edilməsindən (ikinci oxunuş) məqsəd “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” qanunun icrası ilə əlaqədardır.

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlara təklif edilən dəyişikliklər (ikinci oxunuş) 2019-cu ildə qəbul olunmuş “Reklam haqqında” qanuna uyğunlaşdırma xarakteri daşıyır.

Komitə sədri nəzərə çatdırıb ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlarda dəyişiklik edilməsi zərurəti (ikinci oxunuş) Azərbaycanın dövlət dilinin tətbiqinə nəzarətin və dil normalarının qorunmasının təmin edilməsi vacibliyindən irəli gəlir. Layihəyə əsasən, adı çəkilən 5 qanunun 8 maddəsinə bir formulada dəyişiklik təklif olunur. Məqsəd Azərbaycan dilinin hüquqi statusunun qorunması, bu dilin işlənməsi və inkişafı üçün zəruri tədbirlərin görülməsidir. Həmçinin televiziya və radioda, KİV-də, internet resurslarında, reklam daşıyıcılarında ədəbi dilin normalarının və leksik-qrammatik qaydalarının pozulması hallarının, əcnəbi söz və ifadələrin işlədilməsinin qarşısını almaqdır.

İclasda bildirilib ki, gündəlikdəki sonuncu məsələ – İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi (ikinci oxunuş) də “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Prezident Fərmanının icrası ilə əlaqədardır.

Onlayn iclasda fikir mübadiləsində komitə üzvləri Cavanşir Feyziyev, Fazil Mustafa, Aqil Abbas, Ülviyyə Ağayeva, Novruzəli Aslanov, Nizami Cəfərov, Əziz Ələkbərli, Ülviyyə Həmzəyeva, Sabir Rüstəmxanlı, Mixail Zabelin iştirak ediblər.

İclasın sonunda baxılan bütün məsələlər Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə olunub.

Tarix
2020.04.21 / 22:37
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Piterə gələ bilər - Peskov

Vardanyan Bakıda bu cür saxlanılır: şəraiti... - Video

Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video

Rusiyanın Türkiyəyə qarşı təxribatı - Nə baş verir?

Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi

Ermənistana investisiyalar Türkiyə üçün risklər yaradır

Ermənistana ixrac edilən neft məhsullarının ilk partiyası - Video

Qafarova Monteneqro baş nazirinin müavini ilə görüşdü

Azərbaycan şirkətləri bu ölkəyə 1 milyard yatırıb

Azərbaycan və Monteneqro memorandum imzaladı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla