Stulunu niyə yerinə çəkirsən? - Səbəbi
01:55
| Ana səhifə Toplum |
|
Nüfuzlu bukmeyker kontorları Villiam Hill və BETFAİR bu il keçiriləcək "Avroviziya" mahnı müsabiqəsinin nəticəsi haqqında öz proqnozlarını açıqlayıb.
ANS-in məlumatına görə, siyahıda 40 ölkə yer alıb.
Proqnozlara görə, qələbəyə ən yaxın namizəd İtalyanın "Il Volo" qrupuna məxsusdur. Estoniyanı təmsil edəcək Elina Born & Stig Rasta, Finlandiyalı rokerlər Daun sindromlu xəstələrdən ibarət olan "Pertti Kurikan Nimipäivät" qrupları ilk yerlərə ən şanslı hesab edilənlərdir.
Azərbaycan bu siyahıda Ermənistanı qabaqlayaraq 8-ci sırada yer alıb. Adətən bukmeykerlərin verdiyi proqnozlar düz çıxır.
Keçən il hər iki ofis avstriyalı saqqallı müğənni Konçita Vurstun birinci yeri qazanacağını təxmin etmişdi.
|
Tarix
2015.03.12 / 22:40
|
Müəllif
Axar.az
|