Yuxarı

Nazir: Ölkəmizdə yoluxma olan kimi ilk bunu etdik - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir: Ölkəmizdə yoluxma olan kimi ilk bunu etdik - Video

17:04

Ölkəmizdə ilk koronavirusa yoluxma faktı qeydə alınan kimi ölkə ərazisində tədris prosesi dayandırıldı.

Axar.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Operativ Qərargahın brifinqində deyib.

Nazir bildirib ki, bu qərar qəbul ediləndə dünyanın 12 ölkəsi bu addımı atmışdı, daha sonra 190 ölkədə tədris prosesi dayandırıldı:

"Bu addım göstərdi ki, ölkədə insanların sağlamlığı ön plandadır. Biz prosesin vacib mərhələsindəyik. Bundan sonra məhdudiyyətlərin aradan götürülməsində bizim üçün xoşagəlməz halların baş verməməsi üçün vətəndaşların məsuliyyətli olması vacibdir. Mən əminəm ki, hər bir vətəndaş bu tövsiyələrə əməl edərək, pozitiv nəticələrin artmasına kömək edəcək".

Nazir xatırladıb ki, martın 3-dən etibarən tədris dayandırılıb:

"Bizim əsas məqsədimiz təhsil alanlar üçün ən uyğun şəraiti yaratmaq idi. Mart ayından etibarən "Mədəniyyət" televiziyasında teledərslərə start verildi. Hər növbəti həftə bu dərslərin əhatəliyi genişləndi. Məktəbdənkənar və məktəbəqədər təhsillə bağlı dərslər, peşə təhsili ilə bağlı dərslər layihəyə əlavə edildi. Aprelin 28-də bu layihədə 1000-ci buraxılışın efirə getməsi planlaşdırılır. Bu layihədən 1 milyon 600 min şagird yararlanıb" .

C.Bayramov deyib ki, Azərbaycan bu addımı atan ilk dövlətlərdəndir. Digər ölkələr Azərbaycan təcrübəsindən istifadə edərək, bir ay sonra bu layihəyə başladılar:

"Eyni zamanda, "Virtual məktəb" layihəsi istifadəyə verildi. Məktəb proqramına uyğun olaraq bu layihədə şagird və müəllimlər arasında ünsiyyət yarandı. Bu günə qədər 600 şagird və 50 müəllim bu platformadan istifadə edir. Bu sistemdə onlayn yarışlar, ölkə çempionatları, intellektual oyunlar həftəlik əsasla həyata keçirilir".

Ceyhun Bayramov qeyd edib ki, Avropa Qızlar Riyaziyyat Olimpiadası mövcud vəziyyətə görə onlayn rejimdə keçirildi və 4 nəfərdən ibarət komandamız 16-17 aprel tarixlərində olimpiadada iştirak etdi:

"Ötən il qızlardan ibarət komandamız çox yüksək nailiyyət əldə etdi".

Tarix
2020.04.27 / 18:13
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla