Yuxarı

Əcnəbilərin ölkəmizdə qalma müddəti uzadılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əcnəbilərin ölkəmizdə qalma müddəti uzadılır

Dövlət Miqrasiya Xidməti (DMX) əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

Axar.az xəbər verir ki, Xidmət əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin mütəmadi olaraq təhlil edildiyini və fəaliyyətin günün tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətində tədbirlər görüldüyünü açıqlayıb.

Qeyd olunub ki, Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınmış, olma müddəti 1-31 may tarixlərində bitən (və bitəcək) və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab olunur və bu şəxslərin Azərbaycanda olma müddətləri 30-60 gün müddətinə uzadılacaq.

Bunun üçün həmin şəxslər Xidmətin internet səhifəsi vasitəsilə ödəniş nömrəsini əldə edib, elektron qaydada (Hökumət Ödəniş Portalı, “ASAN ödəniş” sistemi və ya "Expresspay" terminalları vasitəsi ilə) dövlət rüsumunu ödədikdə (uzadılmış müddətə uyğun olaraq) ölkədə qanuni qala bilərlər.

Müvəqqəti olma müddətinin uzadılması barədə qərarların fiziki olaraq götürmək tələb olunmur. Zərurət olduğu təqdirdə həmin şəxslər Xidmətin internet səhifəsi vasitəsilə qərarları əldə edə bilərlər.

Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin Feysbuk, Tvitter sosial hesablarından və ya fasiləsiz rejimdə işləyən (012) 919 Çağrı Mərkəzi ilə əlaqə yaradıla bilər.

Tarix
2020.04.28 / 10:33
Müəllif
Axar.az
Digər xəbərlər

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla