Yuxarı

Bu başçı da yardımları yeyir... – Hacıyevdən şok

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu başçı da yardımları yeyir... – Hacıyevdən şok

Bərdədə rüşvət, korrupsiya baş alıb gedir. Ötən gün də dedim, bu rayonun icra başçısı Vidadi İsayevin də vaxtı çatacaq.

Bunu Axar.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O bildirib ki, Vidadi İsayev çox böyük səhvlərə yol verir və Bərdə camaatını incidir:

“Bizə Bərdədə baş verənləri rayondakı təşkilatımızın sədri çatdırır. Koronavirusa görə dövlət tərəfindən Bərdə üçün ayrılan yardımların heç 50 faizi rayonun imkansız sakinlərinə çatdırılmır. Özləri onu qohumları vasitəsilə başqa yerdə satırlar. Vidadi İsayev padşahlıq etməməlidir. Onun “mənə heç kim heç nə edə bilməz, mən hər şeyi yuxarı vaxtı-vaxtında çatdırıram” deməsi də bir faktdır və bu fakta görə cavab verməlidir”.

H.Hacıyev deyib ki, ölkə başçısı xalqımız üçün ciddi addımlar atır, tədbirlər görür, rayonun icra başçıları tərəfindən onun ayırdığı pullar, yardımlar yeyilir:

“Bu səbəbdən əksər rayonlar, başda da Bərdə, yoxlanılmalıdır. Bu o demək deyil ki, hamısı həbs edilsin. Sadəcə yoxlanılsın, vəzifədən kənarlaşdırılsın və yığdıqları var-dövlət əllərindən alınıb xalqa qaytarılsın”.

Qeyd edək ki, H.Hacıyev ötən gün Musavat.com-un canlı yayımında V.isayevin dövlətin pul ayırmasına baxmayaraq, artezian quyuların qazılması üçün fermerlərdən 1000 manatdan pul yığılmasını tapşırdığını bildirmişdi.

Tarix
2020.05.06 / 13:25
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur - Deputat

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla